Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

AFFA-nın yeni prezidenti: Azərbaycan millisinin uğuru üçün zaman lazımdır

© Sputnik / Murad OrujovFutbolçular, arxiv
Futbolçular, arxiv - Sputnik Azərbaycan, 1920, 02.04.2024
Abunə olmaq
Rövşən Nəcəf qeyd edib ki, futbolun inkişafı baxımından media da ayrılmaz hissələrdən biridir.
BAKI, 2 aprel — Sputnik. Azərbaycan millisinin uğuru üçün zaman lazımdır.
"Report"un məlumatına görə, bunu AFFA-nın yeni prezidenti Rövşən Nəcəf quruma rəhbər seçildikdən sonra ilk mətbuat konfransında deyib.
"Bu, yalnız meydanda göstərilən nəticələrlə ölçülmür. İnfrastrukturun möhkəmləndirilməsi, akademiya səviyyəsində oyunçuların yetişdirilməsi və şəffaf hesabatın təmin olunması vacib məqamlardır. Hər hansı uğurlu komandanın formalaşması üçün zamana ehtiyac var. Uşaq futbolunun, meydandakı ot örtüyünün beynəlxalq standartlara cavab verməsi, azarkeşlərin stadionlara cəlb olunması önəmli amillərdir", - deyə milli assosiasiyanın rəhbəri vurğulayıb.
Futbol funksioneri yol xəritəsinin hələ hazır olmadığını söyləyib: "Çünki ilk iclası keçirdik. Qarşıya qoyulan ilk məqsəd qısa müddətdə strategiyanın hazırlanmasıdır. İstənilən layihəni həyata keçirmək üçün maliyyə vəsaitinə ehtiyac var. Burada dövlətdən maliyyə yardımı edilməsindən yox, özəl strukturları cəlb etməkdən danışırıq. Həmçinin teleyayım keyfiyyətinin artırılması üzərində düşünməliyik. Özəl vəsaitlər, sponsorlar üzərində işləməliyik. Sadə səslənsə də, bunlar böyük inkişaf yolu tələb edən tədbirlərdir. Əminəm ki, futbol ictimaiyyəti olaraq bunun üçün birgə fəaliyyət göstərəcəyik".
Rövşən Nəcəf qeyd edib ki, futbolun inkişafı baxımından media da ayrılmaz hissələrdən biridir: "Oyunların işıqlandırılması, müsahibələr, proqramlar mediasız mümkün deyil. AFFA olaraq media ilə daha sıx işləyəcəyik. Strategiya üzərində işlər aparıldıqdan sonra media nümayəndələri ilə müzakirə xarakterli görüş keçirə bilərik. Bağlı qapılar arxasında mediasız müzakirə olsa, daha rahat şəkildə hər kəs fikrini bildirə biləcək. Vaxtarışı mətbuat konfransları təşkil olunacaq".
O, veteran futbolçuların da təcrübələrindən yararlanacaqlarını vurğulayıb: "Futbol icmasının bütün nümayəndələrindən bəhrələnəcəyik. Bunu proqram şəklində düşünəcəyik. Bu, müxtəlif tədbirlər vasitəsilə həyata keçirilə bilər. Futbol icmasının bütün üzvlərinin çiyin-çiyinə çalışmasını dedikdə bunu nəzərdə tuturam".
Yeni prezident futbola olan sevgisinin onu bu işdə fəal çalışmağa sövq etdiyini bildirib: "Uşaqlıqdan məhəllə futbolu oynayan, daha sonra peşəkar olmasa da, dostlarla daim oynayan bir insan kimi futbol mənə çox yaxın idman növüdür. Buna şəxsi futbola sevgimin təcəssümü kimi baxıram. Amma futbolun inkişafı üçün həmkarlarımla birlikdə olacağam. Tək olmayacağam. Bunun üçün hər kəsin dəstəyinə ehtiyacımız olacaq. Təki xoş günlər çox olsun. Futbolda məğlubiyyət də var. Uduzanda bunun səbəblərini araşdırmağa və həlli yolunda işlər görməyə çalışacağıq".
***
Azərbaycan Respublikasında futbolun inkişafı ilə bağlı ayrılmış vəsaitin məbləği artıb.
Bu barədə AFFA-nın hesabatında bildirilib.
Qeyd olunub ki, 2022/2023 mövsümündə bu rəqəm 38 milyon manat təşkil edib. 2023/2024 mövsümündə isə bir milyon artaraq 39 milyona çatıb.
Hər iki mövsümdə Premyer Liqa (10 klub) təmsilçilərinə ümumilikdə 30 milyon manat verilib. I Liqa klublarına (əvvəlki mövsümdə 15, hazırda 10) toplamda 3 milyon, milli komandaların saxlanılması üçün 3 milyon manat ödənilib.
Region Liqası və Region Liqa oyunların keçirilməsi və VAR lahiyə xərcləri hər iki mövsümdə 1 milyon manatdır. Cari mövsümdə II Liqadakı 14 kluba ümumilikdə 700 min verilib, Menecer və Məşqci korpusunun təhsilinə görə (AFFA-nın nəzdində) 300 min manat xərclənib.
Xəbər lenti
0