CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yevlaxda 770 "dəmir at"ın sahibini cərimələyiblər

© Sputnik / © Sputnik / Elvin AhmadYol polisi, arxiv
Yol polisi, arxiv - Sputnik Azərbaycan, 1920, 01.04.2024
Abunə olmaq
Yol patrul xidmətinin əməkdaşları tərəfindən son 15 gündə yol hərəkəti qaydalarını pozan sürücülər barədə protokollar tərtib edilib.
BAKI, 1 aprel — Sputnik. Yevlaxda cinayətlərə və hüquqpozmalara qarşı tədbirlər görülüb.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Yevlax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində və silah-sursat əldə etməkdə şübhəli bilinən 13 nəfər saxlanılıb. Nəticədə 2 kiloqram narkotik vasitə və psixotrop həb, 1 "Kalaşnikov" avtomatı, 1 "Makarov" tapançası və 1 ədəd yivli silah aşkarlanıb. Vətəndaşlardan 5 ədəd ov tüfəngi götürülüb.
Həmçinin keçirilən tədbirlərlə oğurluqlar edən 3, axtarışda olan 7 nəfər saxlanılıb.
Yol patrul xidmətinin əməkdaşları tərəfindən son 15 gündə yol hərəkəti qaydalarını pozan 770 sürücü barəsində protokollar tərtib edilib. Konstruksiya dəyişikliyi edən 96, sənədsiz avtomobil idarə edən 78, spirtli içki və narkotikin təsiri altında sükan arxasında əyləşən 10, avtoxuliqanlıq edən 2 sürücü məsuliyyətə cəlb edilib.
Xəbər lenti
0