DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Türkiyədə keçirilən seçkilərin ilkin nəticələri bəlli olub

© AFP 2023 / OZAN KOSETürkiyədə bələdiyyə seçkiləri
Türkiyədə bələdiyyə seçkiləri - Sputnik Azərbaycan, 1920, 01.04.2024
Abunə olmaq
Ankara, İstanbul və İzmir Böyükşəhər Bələdiyyəsi sədri vəzifələrinə də CHP-nin namizədləri Mansur Yavaş, Əkrəm İmamoğlu və Cemil Tuqay seçiliblər.
BAKI, 1 aprel — Sputnik. Türkiyədə keçirilən yerli özünüidarə orqanlarına seçkilərin rəsmi olmayan yekun nəticələri bəlli olub.
Ölkə üzrə sandıqların 97,56 faizi açılıb.
Səsvermənin ölkə üzrə nəticələrinə əsasən, Cümhuriyyət Xalq Partiyası (CHP) 37,59 faizlə birinci, hakim Ədalət və İnkişaf Partiyası isə 35,61 faizlə ikinci sırada qərarlaşıb.
AK Partinin namizədlərindən 24-ü, CHP-nin namizədlərindən isə 35-i ölkənin müxtəlif şəhərlərinin bələdiyyə başçısı vəzifəsinə seçilib. Bunlardan AK Parti üzrə 12-si, CHP üzrə 14-ü böyük şəhərlərdir.
Ankara, İstanbul və İzmir Böyükşəhər Bələdiyyəsi sədri vəzifələrinə də CHP-nin namizədləri Mansur Yavaş, Əkrəm İmamoğlu və Cemil Tuqay seçiliblər.
Xatırladaq ki, Türkiyədə martın 31-də keçirilən yerli özünüidarə orqanlarına seçkilərində ümumilikdə 34 siyasi partiya və müstəqil namizədlər böyük şəhər, şəhər və rayon bələdiyyə sədrliyi, eləcə də məhəllə muxtarlığı üçün yarışıblar.
Xəbər lenti
0