Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

SOCAR Rumıniya ilə qaz müqaviləsini 2026-cı ilədək uzatmağa hazırdır

© Photo : SOCARSOCAR əməkdaşı
SOCAR əməkdaşı - Sputnik Azərbaycan, 1920, 01.04.2024
Abunə olmaq
Bakıda Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında iqtisadi-ticari əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclası keçirilir.
BAKI, 1 aprel — Sputnik. Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rumıniya ilə qaz tədarükünə dair imzaladığı müqavilənin müddətini 2026-cı ilədək uzadılmasına hazırdır.
Bunu SOCAR-ın vitse-prezidenti Elşad Nəsirov bu gün Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında iqtisadi-ticari əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasında bildirib.
Onun sözlərinə görə, dünən iki ölkə arasında imzalanmış qaz müqaviləsinin son günü idi: "Bu müqaviləyə uyğun olaraq, SOCAR illik 1 milyard kubmetr qaz tədarük edə bilib. Biz layihəni bu il və gələn il davam etdirməyə hazırıq".
E.Nəsirov qeyd edib ki, son üç ildə isə SOCAR tərəfindən 800 milyon ABŞ dolları dəyərində 1,2 milyon ton neft məhsulları tədarük edilib: "SOCAR Türkiyə" Rumıniyaya 1,1 milyard ABŞ dolları dəyərində 1,1 milyon ton neft məhsulları, 33 min ton kimya məhsulları, "SOCAR Trading" isə Rumıniyaya 600 milyon ABŞ dolları dəyərində təxminən 700 min ton neft məhsulları tədarük edib".
O vurğulayıb ki, SOCAR-ın Rumıniya ərazisində 74 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir: "SOCAR Romania"da 777 işçi çalışır və biz Rumıniyada infrastrukturun yaradılmasına 70 milyon avro sərmayə qoymuşuq. Rumıniyaya xam neft və neft məhsullarının tədarükü SOCAR-ın bir neçə filialı tərəfindən həyata keçirilir".
E.Nəsirov həmçinin bildirib ki, Rumıniya tənzimləyicisi tərəfindən Lüksemburqda yerləşən "SOCAR Trading Gas and Power" şirkətinə lisenziyanın verilməsini gözləyirik.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 1-də Rumıniyanın energetika naziri Sebastiyan İoan Burdujanı qəbul edib.
Görüşdə Azərbaycan ilə Rumıniya arasında strateji tərəfdaşlıq əlaqələrinin olduğu məmnunluqla vurğulanaraq bütün istiqamətlər üzrə əməkdaşlığın genişləndiyi bildirilib.
Azərbaycan Prezidenti ikitərəfli münasibətlərin fəal inkişaf mərhələsində olduğunu qeyd edərək, dövlət başçıları, eləcə də digər səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrimizin genişlənməsi baxımından əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında iqtisadi-ticari əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 8-ci iclasının münasibətlərimizin perspektivlərinin müəyyənləşdirilməsi baxımından önəminə toxunaraq bu iclasın gündəliyində enerji ilə yanaşı, digər sahələrə aid məsələlərin də olduğunu məmnunluqla qeyd edib.
Xəbər lenti
0