ELM

Azərbaycandan on bir mütəxəssis Rusiyada nüvə tədqiqatları sahəsində çalışır

© Sputnik / Pavel Lisitsyin / Mediabanka keçidAlim
Alim - Sputnik Azərbaycan, 1920, 31.03.2024
Abunə olmaq
Digər bir fəaliyyətimiz işğaldan azad edilmiş ərazilərin radioloji çirklənməsini müəyyən etmək üçün alim və mühəndislərimiz tərəfindən hazırlanmış xüsusi bir avtomaşındır.
BAKI, 31 mart — Sputnik. Nüvə Tədqiqatları Departamentinin müdiri Cəlal Nağıyevlə müsahibəyə hazırlaşarkən suallar araşdırmalar və müzakirələr nəticəsində ortaya çıxmışdı. Müsahibə ideyası isə gündəmdə o qədər də diqqət çəkməyən bir xəbər fonunda yarandı. Azərbaycan üçün strateji əhəmiyyətli işlər görən insanların fəaliyyəti ilə tanış olmaq və işıqlandırmaq üçün müraciətimiz geri çevrilmədi və təyin edilmiş vaxtda müsahibə yerinə yollandıq.
Müsahibəyə şəhərdən uzaqda departamentin yerləşdiyi elmi texnoloji istehsalat ərazisində baş tutacaqdı. Müsahibə yerinə daxil olarkən təhlükəsizlik yoxlamasında aydın oldu ki, burada çox vacib işlər icra edilir. İndi isə bir qədər Nüvə Tədqiqatları Departamenti haqqında yazmaq istəyirəm. Nüvə Tədqiqatları Departamenti bu adı alana qədər Milli Nüvə Tədqiqatları Mərkəzi QSC kimi fəaliyyət göstərib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2021-ci il tarixli Fərmanına əsasən, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi publik şəxsi yaradılır və agentliyin tərkibinə daxil olan departamentlərdən biri də Nüvə Tədqiqatları Departamenti olur.
Yetərincə böyük əraziyə sahib bu departamentin müasir infrastruktura malik olması isə onun daim dövlətin diqqətində saxlandığından xəbər verir. Departamentin binasına daxil olarkən girişdə yerləşdirilmiş layihədə Azərbaycan nüvə sahəsi üçün planlaşdırılmış işlərin maketini görə bildik.
Departamentdə görülən işlər, onun fəaliyyət istiqamətləri, strateji hədəfləri ilə bağlı isə Nüvə Tədqiqatları Departamentinin müdiri Cəlal Nağıyev Sputnik Azərbaycanın suallarını cavablandırıb.
© AFP 2023 / Atomic Energy Organization of IranNüvə reaktoru
Работник на ядерном объекте в Фордо, фото из архива - Sputnik Azərbaycan, 1920, 18.03.2024
Nüvə reaktoru
- Nüvə Tədqiqatları Departamenti yaranması və fəaliyyət istiqamətləri ilə bağlı nələr deyə bilərsiniz?
- Qurumun yaranması 2014-cü ilə təsadüf edir. Cənab Prezident İlham Əliyevin Sərəncamı ilə Milli Nüvə Tədqiqatları Mərkəzi QSC adlı qurum yaradıldı və ölkədə nüvə elmləri, nüvə texnologiyalarının dinc məqsədlərlə müxtəlif sahələrdə tədbiqi məqsədi daşıyırdı. Milli Nüvə Tədqiqatları Mərkəzi 7 illik fəaliyyət dövründən sonra daha iki qurumla birləşdirilərək, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi yaradıldı.
Bu Agentliyin fəaliyyət istiqamətləri kifayət qədər genişdir. Onlardan biri də nüvə elmləri və texnologiyalarının ölkədə müvafiq tətbiq sahələrində fəaliyyəti həyata keçirməkdir. Nüvə elmləri və texnologiyaları istiqamətində icraçı dövlət qurumu kimi yaranan Agentlik, hazırda nüvə enerjisindən dinc məqsədlər üçün istifadə üzrə, o cümlədən nüvə enerjisindən istifadə ilə müxtəlif istiqamətli məhsulların sterilizasiyası ilə məşğul olunur. Həmin məhsulların tərkibindəki bakteriya, virus və digər patogenlərin nüvə enerjisindən istifadə etməklə onların miqdarının azaltmaq, tibbi məhsullardırsa, sterilliyə nail olmaq üzrə xidmətimiz var. Digər bir istiqamət isə ölkə ərazisində ətraf mühitdən götürülmüş torpaq, su, havada müxtəlif təbii və süni radioaktiv elementlərin çirklənməsinə görə sınaq təcrübələri və elmi radioekoloji tədqiqatlar həyata keçirilir. Həmin tədqiqatların nəticələri aidiyyatı dövlət qurumları ilə qarşılıqlı əməkdaşlıq şəraitində mübadilə edilir.
Hansısa sahədə radioloji çirklənmə aşkar olunursa, aidiyyatı dövlət qurumları ilə birlikdə həmin radioaktiv tullantının sözügedən ərazidən təmizlənməsi və digər müvafiq zəruri tədbirlərinin görülməsi üçün fəaliyyət icra edilir. Məlumdur ki, işğaldan azad olunmuş ərazilər işğal dövründə tənzimləyici nəzarətindən kənarda qalmışdı. Bu ərazilər aparılan qeyri-qanuni fəaliyyət nəticəsində müxtəlif növ çirklənməyə məruz qalmışdı. Radioaktiv çirklənmə də ehtimal olunanlar arasında idi.
Qeyd etməliyəm ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində məskunlaşma və dövlət əhəmiyyətli obyektlərin tikintisindən öncə həmin bu ərazilər radioloji tədqiqatlardan sonra seçilir. Əgər ərazilər çirklənməyə məruz qalıbsa, onun tipi müəyyənləşdirilir. Bildiyimiz kimi, həmin ərazilərdə vaxtilə döyüşlər getdiyi üçün vurulmuş döyüş texnikaların müxtəlif hissələrində olan radioaktiv izotop tərkibli hissələr istəmədən ətrafa düşə bilir. Texnikaların qalıqları ərazidən yığışdırılsa da bəzi döyüş texnikasına aid radioaktiv element izotopları nərazətdən kənar qalaraq, nəticədə torpaq və suyu çirkləndirə bilir. Bu istiqamətdəki fəaliyyətimiz nəticəsində işğaldan azad edilmiş ərazilərin radioloji çirklənməsini müəyyən etmək üçün avtomaşında quraşdırılmış yüksək aşkarlama qabilliyətli radiometrik aşkarlama sistemi alim və mühəndislərimiz tərəfindən hazırlanmışdır.
Onu da qeyd etmək istərdim ki, bu sisteminin hazırlanması işlərinə, hələ Milli Nüvə Tədqiqatları Mərkəzinin fəaliyyəti dövründə başlamışdıq. Bu avadanlığın işləməsi üçün müxtəlif proqram kodlarının yazılmasından tutmuş, radioaktiv tullatı siqnalının təbii radiasiyadan fərqləndirmək üçün məlumatların emalı üzrə xüsusi elektronika hissələrinin hazırlanmasına qədər olan proses bizim öz mütəxəssislərimiz tərəfindən icra edilib.
© Photo : Cəlal Nağıyev tərəfindən təqdim olunubMilli Nüvə Tədqiqatları Mərkəzinin sədr müavini, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev
Milli Nüvə Tədqiqatları Mərkəzinin sədr müavini, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev - Sputnik Azərbaycan, 1920, 18.03.2024
Milli Nüvə Tədqiqatları Mərkəzinin sədr müavini, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev
- Xarici tərəfdaşlarla əməkdaşlıq hansı səviyyədədir?
- Nüvə Tədqiqatları Departamenti bir çox layihələri həyata keçirir. Azərbaycan SSRİ dövründə nüvə texnologiyalarına malik olmayıb. Yəni, hər hansı nüvə qurğumuz olmayıb, yalnız kiçik həcmli radioloji qurğularımız olub. Təəssüf ki, həmin dövrdə bu istiqamətdə mərkəzləşmiş şəkildə kadr hazırlığı da həyata keçirilməyib. Hazırda ölkəmiz nüvə texnologiyalarını inkişaf etdirmək istəyən öklələr sırasındadır.
Bu gün mütəxəssislərin hazırlanma prosesində müəyyən qədər xarici nüvə mərkəzlərindən və universitetlərindən asılıyıq. Bunu nəzərə alaraq, bir çox beynəlxalq qurumlarla əməkdaşlıq edirik, həmçinin qabaqcıl nüvə texnologiyalarına malik olan dost ölkələrlə bu istiqamətdə əməkdaşlıq qururuq.
AEBA ilə bir çox texniki əməkdaşlıq layihələri həyata keçiririk. Bu bizə nüvə texnologiyaları sahəsində qabaqcıl mütərəqqi avadanlıqları əldə etməyə imkan verir. Eyni zamanda bu əməkdaşlıq nəticəsində bu avandanlıqların istifadəsi üzrə kadr hazırlığını həyata keçirə bilirik. AEBA ilə yanaşı Ukrayna Elm-Texnika Fondu vasitəsi ilə Avropa İttifaqı və ABŞ-ın enerji departamenti ilə əməkdaşlıq edirik.
- Rusiya ilə əməkdaşlıq çərçivəsində hansı işlər görülür?
- Xarici ölkələrlə əməkdaşlıq çərçivəsində ən böyük sayda kadr hazırlığı Rusiya Federasiyası ilə həyata keçirilib. Rusiyanın Dubna şəhərində Birləşmiş Nüvə Tədqiqatları İnstitutu ilə bizim qurum əməkdaşlıq edir. Təkcə bizim departamentin 10 əməkdaşı Rusiyadakı bu İnstitutunda çalışırlar. Onlar aidiyyatı üzrə nüvə texnologiyası, nüvə reaktor materialşünaslığı, neytron fizikası laboratoriyasında çalışırlar, həm tədiqat işlərini davam etdirirlər. Bəziləri təhsialma müddətindədirlər. Rusiya Federasiyanın “Rosatom” Dövlət Korporasiyasının ”Rusatom” Beynəlxalq Şəbəkə adlı qurumu ilə əməkdaşlığımız var.
Milli Nüvə Tədqiqatları Mərkəzi dövrdə "Rosatom"la əməkdaşlıq üzrə niyyət protokolu bağlanıb. Bu sənəd bizə Rusiya ərazisində nüvə elmləri və texnologiyaları istiqamətində tədrisi həyata keçirən universitetlərdə öz kadrlarımızı hazırlamağa imkan verirdi. Bu proqram çərçivəsində bu dövrə qədər nüvə elmləri istiqamətində 5 magistr, 2 doktorantura təhsili üzrə kadr hazırlığına imkan verib. Onların bəziləri ölkəmizə qayıdıb kadr kimi çalışır, bir qismi isə doktorantura təhsillərini davam etdirilər.
Ümumilikdə 11 əməkdaşımız Rusiya Federasiyası ərazisində nüvə elmləri və texnologiyaları istiqamətində həm işləyir, həm də qabaqcıl biliklərə nail olmaq üçün elmi fəaliyyətlərini davam etdirirlər. Hesab edirəm ki, biz bu prosesi qarşıdakı dövrdə də davam etdirəcək. Bu platforma bizə imkan verir ki, daha çox gənc tədqiqatçıları Rusiyaya göndərə bilək. Oradakı şərait imkan verir ki, əməkdaşlarımız Dubnada qalıb tədqiqatlarını davam etdirsinlər. Ölkəyə qayıtdıqdan sonra həmin qurğulara əlçatanlıq olmur. Ona görə də ölkəyə qayıtmaqda maraqlı olmurlar.
- Bəs xaricdə təhsil almış yerli kadrların Azərbaycanda fəaliyyətini davam etdirməsi üçün nələr edilməlidir?
© Photo : Cəlal Nağıyev tərəfindən təqdim olunubMilli Nüvə Tədqiqatları Mərkəzinin sədr müavini, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev
Milli Nüvə Tədqiqatları Mərkəzinin sədr müavini, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev - Sputnik Azərbaycan, 1920, 18.03.2024
Milli Nüvə Tədqiqatları Mərkəzinin sədr müavini, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev
- Hesab edirəm ki, qarşıdakı fəaliyyət dövrümüzdə xaricdə təhsil alıb ölkəyə qayıdan əməkdaşlarımızın müvafiq tədqiqat sahəsində infrastrukturla təmin etmək üçün dövlət investisiyaları hesabına və beynəxlalq layihələr çərçivəsində infrasturktur hazırlayaraq müəyyən nüvə qurğularına malik olmalıyıq. Bu da təhsil almış, yüksək ixtisaslı kadr kimi formalaşmış şəxsləri ölkəyə qayıtdıqdan sonra faydalı iş yükü ilə təmin etməyə imkan verəcək, nəticədə ölkəmizdə bu istiqamətdə kadr potensialı formalaşmış olacaq. Keyfiyyətli kadr hazırlanması üçün nüvə elmləri və texnologiyaları istiqamətində nəzəri və praktiki tərəflər təmin edilməlidir. Bir çox dövlət universitetlərimizdə nüvə texnologiyası və elmləri, nüvə qurğuları ilə bağlı ixtisaslar olmasa da, ümumi fizika, kimya fakultələrində bu istiqamətdə nüvə texnologiya sahəsində gələcəkdə işləyə biləcək kadrlarımız hazırlanır. Az sayda universitetlərimiz var ki, spesifik sahədə yuxarı təhsil pillərini verir. Bu say azdır, ancaq obyektiv səbəbləri var. Bu sahənin tədris edilməsi üçün doktor müəllim heyətinin olması lazımdır.
İkinci faktor isə ölkəmizdə nüvə infrastrukturinfrasturunun yoxluğu ilə bağlıdır. Tədqiqat nüvə reaktorları, hissəcik sürətləndiriciləri və digər nüvə texnoloji avadanlıqlarımız olmalıdır ki, tələbələr auditoriyalarda öyrəndikləri nəzəri biliklərin praktikasını həyata keçirə bilsinlər. Hazırda bir çox qurumlarda belə avadanlıqlarımız var. Belə qurğular əsasən dövlət və özəl sektordadır və tələbələrimizin praktik biliklərini həyat keçirmək mümkün olur, bu ümumi işimizə böyük töhfə verir.
AEBA texniki-iqtisadi əməkdaşlıq layihəsi çərçivəsində Milli Onkologiya Mərkəzi ilə bir layihəmiz var. Azərbaycanda radioizotop tərkibli dərman vasitələrinin istehsalına imkan verən bir qurğu var. Həmin Sözügedən layihədə Proton sürətləndici qurğusunun texniki imkanlarının artırılmasını və kadr hazırlığının həyata keçirilməsini nəzərdə tutmuşuq.ir. Bu istiqamətdə təhsil alan doktorantlarımızın bu avadanlıqlara əlçatanlığını təmin etmək üçün 2025-2026-cı ildə bu istiqamətdə əməli fəaliyyətimiz nəzərdə tutulub.
- Strateji hədəflərinizlə bağlı müddəalarda nüvə texnologiyaları sahəsində maddi-texniki bazanın layihələr, qrantlar və daxili imkanlar hesabına genişləndirilməsi qeyd olunur. Nüvə Tədqiqatları Departamenti qrant alırmı?
- Bu istiqamətdə ilk dəfə Azərbaycanda nüvə və radioaktiv materialların kriminalistikasını həyata keçirmək üçün kriminalistik metodların və avadanlıqların qurulması, yekunda bu prosesin sonu kimi ölkədə kriminalistik laborotiya üçün 2018-ci ildən qrant layihələrin yazılmasına və icrasına hazırlanmasına başlamışıq. Ukrayna Elm-Texnika Fondunun analoji mövzuda üç qrant layihəsini ını qazanmışıq, icra etmişik. Bu layihələr çərçivəsində ölkəmizə infrasturktur avadanlıqlarının verilməsi və sözügedən istiqamətdə kadr hazırlığı nəzərdə tutulur. Bu proses GUAM ölkələri çərçivəsində həyata keçirilir.
Bu nüvə texnologiyasına malik olan ölkələrin kadrlarının bir araya gəlməsi, nüvə materialalrının analizi və eksperizası üzrə metodları məmimsəmək və məlumat mübadiləsi üçün yaxşı platformadır. Bütün bu proseslərin xərci qrant layihələri çərçivəsində qarşılanır. Bundan başqa ölkə daxilində qrant layihələrinin icrasında maraqlıyıq.
Bununla yanaşı Aİ-nin “HARIZOeizeN” 2020 proqramı çərçivəsində kadr mübadiləsinə əsaslanan layihələrimizdə nüvə enerjisi və nüvə texnologiyasında istiqamətində tədqiqat aparan gənc tədqiqatçılarımızı kadr mübadiləsi nüvə enerjisi və nüvə texnologiyasında tədqiqat aparan gənc tədqiqatçılarımızı Aİ dəstəkləyir. Onların qabaqcıl nüvə texnologiyalarına malik ölkələrdə uzun müddətli tədqiqat aparmalarını dəstəkləyən üç layihəmiz var. Bu layihələr məhz Nüvə Tədqiqatları Departamentinin alimləri tərəfindən yazılıb və beynəlxalq əməkdaşlıq layihələridir. Gələcəkdə də bu istiqamətdə başqa layihələrimizi həyata keçirmək niyyətindəyik.
- Keyfiyyət göstəricilərinin daim yüksəlməsini təmin edərək Azərbaycanda və regionda tibbi radioizotop istehsalçısına çevrilmək hədəflənir. Azərbaycanda nüvə tədqiqatlarının hazırkı səviyyəsi qaneedicidirmi?
- Nüvə Tədqiqatları Departamentində təəssüf ki, hazırda radioavktiv izotopları istehsal etməyə imkan verən qurğu yoxdur. Lakin AEBA ilə qarşıdakı üç ili əhatə edəcək texniki əməkdaşlıq layihəmiz var. Bu layihə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin Nüvə Tədqiqatları Departamenti ilə Milli Onkologiya Mərkəzinin Nüvə Təbabəti Mərkəzi ilə birgə icra olunacaq. Sözügedən qurum Siklotron proton sürətləndirici qurğusuna malikdir. Hazırda həmin mərkəzdə radioizotop tərkibli dərman vasitələri uğurla sintez olunur, onkoloji xəstələrin müalicə və dianostikasında həmin bu qurğu uğurla tətbiq olunur. Bu qurğunun texniki imkanları dərman əhəmiyyətli başqa tibbi izotopları da almağa imkan verir. Qurğunun göstərə biləcəyi xidmətləri genişləndirmək məqsədilə bu layihəni yazıb planladıq. Layihə çərçivəsində bu qurğu bir neçə aksesuarla təmin olunacaq, onun kadr hazırlığı həyata keçiriləcək. Bunu model layihə kimi həyata keçirmək istəyirik. Bununla İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi Milli Onkologiya Mərkəzi ilə əməkdaşlıq çərçivəsində gələcəkdə həm tibii radioizotoplara daxili təlabatımızı ödəmək baxımından, həm də yaxın region ölkələrindən olan xəstələrin ölkəmizdə müalicəsi və diaqnostikası üçün bu qurğunun imkanlarında uğurla istifadə olunacaq. Gələcək hədəflərimizdə müstəqil olaraq belə bir qurğuya malik olmaq və ölkəmizdə tibii radioizotopların istehsalçısına çevrilməkdir.
- Nadir hallarda olsa, radioaktiv maddələrin aşkarlanması ilə bağlı xəbərlər yayılır. Həmin elementlərin sonrakı taleyi nə olur?
- Nüvə Tədqiqatları Departamenti olaraq ətraf mühitin radioloji dəyərlərini avtomatik ölçən və əgər ətrafda radioaktiv tullantı varsa onu aşkarlaya bilən, radioloji cavab tədbirlərini həyata keçirməyə imkan verən texniki avadanlığa malikik. Bildiyim qədərilə bu ölkəmizdə tək vasitədir. Bu vasitə çox olarsa, gördüyümüz işlərin miqyasını böyüdə bilərik. Bu avadanlığı Böyük Qayıdış dair I Dövlət Porqramı üçün hazırlamışıq. Çünki işğaldan azad olunmuş ərzilərimizdə portativ avadanlıqlarla bu işin görülməsi üçün bir neçə onilliklər tələb olunur.
Bu baxımdan işi sürətli şəkildə həyata keçirmək üçün avtomatlaşdırılmış vasitəyə ehtiyacımız var idi. Bu istiqamətdə dünya praktikasını, hansı texnologiyaların tətbiq edildiyini öyrəndik, mütəxəssislərimiz tərəfindən daxili imkanlarla analoji avadanlıq hazırlandı. Həmin bu avadanlıq vasitəsilə radioloji sınaqlar həyata keçirildi. Belə sınaqlar zamanı bir neçə anomal sahələr aşkarlandı. Bunların bəziləri təbii radioaktiv elementlərlə çirklənməyə məruz qalıb. Sözügedən avtomaşın tərəfindən hansı sahələrdə təbii radiasiya fonunun yüksək dəyərləri qeydə alınırsa, həmin əraziyə nüvə və radiasiya elmləri üzrə mütəxəsislərimizdən ibarət mobil komandamız hərəkət edir və səbəblər müəyyənləşdirilir.
Belə fəaliyyət nəticəsində Sumqayıt ərazisində iki sahibsiz Cezium-137 radioaktiv mənbəsi aşkarlamaq mümkün olub. Prosesin sonunda aidiyyatı şəkildə cavab tədbirlərini görmək üçün radioloji məlumatlar, xəritələşdirlərək məsul dövlət qurumlarına təqdim olunur. Əməliyyat planına uyğun bu ərazilərin təmizlənməsi prosesi həyata keçirilir. Yekunda həmin radioaktiv tullantı üzrə zəruri cavab tədbirləri aidiyyatı dövlət qurumları tərəfindən görülərək xüsusi qaydada mühafizə olunaraq ərazidən götürülərək təmizlənir.
© Photo : Cəlal Nağıyev tərəfindən təqdim olunubMilli Nüvə Tədqiqatları Mərkəzinin sədr müavini, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev
Milli Nüvə Tədqiqatları Mərkəzinin sədr müavini, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev - Sputnik Azərbaycan, 1920, 18.03.2024
Milli Nüvə Tədqiqatları Mərkəzinin sədr müavini, kimya üzrə fəlsəfə doktoru Cəlal Nağıyev
- Qarşıdakı dövrdə fəaliyyətiniz nədən ibarət olacaq?
- Hazırda bir neçə beynəlxalq qrant layihələrinin icrasında iştirak edirik. O cümlədən illik planlarımıza uyğun olaraq işğaldan azad edilmiş ərazilərdə radikoloji tədqiqatların aparılması davam etdirilir.
Bu vaxta qədər işğaldan azad edilmiş ərazilərdə 4 sahibsiz radioaktiv mənbə və ya tullantı aşkar etmişik. Bu materiallar əsasən hərbi texnika mənşəlidir. Aşkarlanma faktı təsdiqləndikdən sonra müvafiq standart əməliyyət prosedurları üzrə zəruri cavab tədbirləri görülür. Yazılmış standart əməliyyət prosedurları uyğun olaraq dövlət qurumları mütəxəsisləri üçün təlimlər təşkil edirik.
P.S. Cəlal Nağıyevlə müsahibəmizin davamında departamentin əməkdaşlarının praktiki fəaliyyəti ilə də tanış olmaq imkanımız oldu. Detektorlar və radiasiya tədqiqləri şöbəsinin rəhbəri Azər Sadıqov bizi şöbənin icra etdiyi elmi tədiqatlarla bağlı məlumatlandırdı. O, bizi LPKF qurğusunun iş prinsipi ilə tanış etdi. Plataların hazırlanma prosesi barədə məlumatlandırdı. Harayzın proqramı çərşivəsində iki mövud proqramın icra edildiyini açıqladı. Fəalliyyətləinin digər istiqamətlinin personal dosimetlərin hazırlanması olduğunu açıqlayan şöbə müdiri bizi həmin cihazlarla əyani surətdə tanış edib, iş prinsiplərini izah etdi.
Şöbənin mühəndisi Ayaz Güləmirov isə müsahibə zamanı barəsində danışılan avtomobilin və radiometrik aşkarlama sisteminin iş funksiyaları barədə məlumatlandırdı. Həmsöhbətimiz qeyd edir ki, bu avtomobil ərsəyə gələnə qədər əl avadanlıqlarından istifadə olunurmuş. Bu avadanlıqlarla işləmək müəyyən çətinliklər yaradırdı. Bu maşında quraşdırılan avadanlıq isə işimizi çox asanlaşdırır. Onun özündə olan yaddaş qurğusu əldə olunmuş bütün məlumatlaırn saxlanmasına imkan verir.
Biz proqramda məlumatların iki saniyədən bir yenilənməsini qeyd etmişik. Avtomobil hərəkətdə olarkən bizim informasiyalar bu zaman çərçivəsində yenilənir. Mühəndisin sözlərinə görə, bu avtomobil vasitəsilə artıq ölkə ərazisində müəyyən işlər də icra edilib və Sumqayıtda radioaktiv mənbənin aşkarlanmasında bu avtomobilin rolu olub.
Departamentin ərazisindəki laboratoriya korpusunda dozimetriya və mikrobiologiya laboratoriyası fəaliyyət göstərir. Dozimetriya laboratoriyası qurğuda şüalanma zamanı məhsula verilən dozaya nəzarət etmək üçün, mikrobiologiya laboratoriyası isə məhsula əvvəlcədən nə qədər doza verilməsi müəyyən edir.
Daha sonra Qamma şüalanma qurğusunun yerləşdiyi binaya daxil olduq. Qamma şüalanma üzrə elmi tədqiqat şöbəsinin mühəndisi Elvin Muradov da qurğunun iş prinsipi barədə müfəssəl məlumat verdi.
O bildirdi ki, bu qurğuda tibbi məhsulların sterilizasiyası, qida məhsullarının dezinfeksiyası, mikrob yükünün azaldılması və rəf ömrünün uzadılması üçün işlər icra edilir. Qamma şüalanma qurğusu Co-60 radioaktiv mənbəsi ilə tibbi məhsulların sterilizasiyası, qida məhsullarının dezinfeksiyası, dezinseksiyası, mikrob yükünün azaldılması, rəf ömrünün azaldılması üçün istifadə olunur. AEBA-nın milli layihəsi çərçivəsində tikilib, Azərbaycan tərəfi qurğu üçün lazımi infrasturkturu yaradıb. Bu qurğu AEBA tərəfindən Azərbaycana hədiyyə edilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0