DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Kanadanın müdafiə naziri Kiyevə yardım nəticəsində silah anbarlarının boş qaldığını deyib

© Sputnik / РИА НовостиUkrayna
Ukrayna - Sputnik Azərbaycan, 1920, 30.03.2024
Abunə olmaq
Bler qeyd edib ki, Kanada tərəfi ötürülə bilən bütün artilleriya mərmiləri və zenit raketlərini USQ-yə verib.
BAKI, 30 mart — Sputnik. Ukrayna Silahlı Qüvvələrinə kömək edən Kanada hakimiyyəti "anbarı boşaldıb". Bu barədə Kanadanın müdafiə naziri Bill Bler açıqlama verib.
"Globe and Mail"in yazdığına görə, Bler, "biz getdik və anbarı boşaltdıq" deyib.
Bler qeyd edib ki, Kanada tərəfi ötürülə bilən bütün artilleriya mərmiləri və zenit raketlərini USQ-yə verib.
Bundan əlavə, nazir bildirib ki, Ottava Ukrayna pilotsuz təyyarələrini satın alıb Ukrayna Silahlı Qüvvələrinə təhvil verəcək.
Nəşrin yazdığına görə, kanadalı generallar Ukraynaya kömək etməyə davam edəcəklər, lakin onlar qorxurlar ki, "kritik əhəmiyyətli avadanlıq göndərsələr, bu avadanlığın yeri heç vaxt doldurulmayacaq".
Bundan əvvəl Kanadanın Kiyevə "kefi istəyəndə işləyən, istəməyəndə isə işləməyən – yəni, yarıfunksiyalı" "hava-yer" raketləri verəcəyi bildirilirdi.
Xəbər lenti
0