Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan, 1920
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Bakıda ağır qəzada iki nəfər ölüb

© Sputnik / Rahim MammadovQəza yerində
Qəza yerində - Sputnik Azərbaycan, 1920, 30.03.2024
Abunə olmaq
Yaralılar əraziyə çağırılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
BAKI, 30 mart - Sputnik. Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza maşın bazarının yaxınlığında qeydə alınıb.
Belə ki, “Chevrolet” markalı minik avtomobili ilə yük maşını toqquşub. İdarəetmədən çıxan minik maşını əvvəlcə işıq dirəyinə, daha sonra isə yük maşınına çırpılıb.
Hadisədə minik avtomobilinin sürücüsü və sərnişini ölüb. İki nəfər isə ağır xəsarət alıb.
Yaralılar əraziyə çağırılmış təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.
Minik avtomobili deformasiyaya uğrayıb. Əraziyə polis əməkdaşları cəlb edilib. Hadisənin təfərrüatı araşdırılır.
Xəbər lenti
0