Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Paris Olimpiadasında Rusiya idmançılarının təhlükəsizliyinə təşkilatçı cavabdehdir - Kreml

© AFP 2023 / BEHROUZ MEHRIParis
Paris  - Sputnik Azərbaycan, 1920, 29.03.2024
Abunə olmaq
Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qaydalarına əsasən Olimpiadanı keçirən ölkə təhlükəsizliyin təmin edilməsi üçün məsuliyyət daşıyır.
BAKI, 29 mart - Sputnik. Peskov Paris Olimpiadasında Rusiya idmançılarının təhlükəsizliyindən danışıb
Kreml nümayəndəsi deyib ki, Paris Olimpiadada təhlükəsizliyin təmin edilməsinə cavabdehdir.
Rusiya liderinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Parisdə keçiriləcək Olimpiya Oyunlarında idmançıların qorunması üçün əlavə tədbirlərin görülüb-görülməyəcəyindən danışıb. Kreml nümayəndəsi qeyd edib ki, təhlükəsizliyə təşkilatçı ölkə cavabdehdir.
Bu barədə Rusiya mediası xəbər verib.
"Burada belə imkanlar yoxdur, əslində Beynəlxalq Olimpiya Komitəsinin (BOK) qaydalarına əsasən Olimpiadanı keçirən ölkə təhlükəsizliyin təmin edilməsi üçün məsuliyyət daşıyır" - Kreml nümayəndəsi bildirib.
Peskov xatırladıb ki, BOK-un məlumatına görə, Soçidə keçirilən Olimpiya Oyunları tarixin ən yaxşı Qış Olimpiya Oyunlarından biri olub.
Bu yaxınlarda Rusiyanın Parisdəki səfiri Aleksey Meşkov bütün rusiyalılara xəbərdarlıq edib. Diplomat gözlənilməz hadisələrin yüksək risklərini əsas gətirərək, 2024-cü il Olimpiadası üçün Fransaya getməməyi tövsiyə edib. Onun sözlərinə görə, Rusiya diplomatlarının bu ölkədə imkanları məhdud olduğundan, Rusiya öz vətəndaşlarına vaxtında kömək edə bilməyəcək.
Xəbər lenti
0