Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

MDB İqtisadi Şurasının növbəti iclasının yeri və vaxtı açıqlanıb

© Sputnik / Viktor TolochkoMDB
MDB  - Sputnik Azərbaycan, 1920, 29.03.2024
Abunə olmaq
Ermənistan Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri İqtisadi Şurasının 101-ci iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina edib.
BAKI, 29 mart — Sputnik. MDB İqtisadi Şurasının növbəti iclası iyunun 21-də Moskvada keçiriləcək. Bunu MDB-nin baş katibi Sergey Lebedev bildirib.
"Biz MDB İqtisadi Şurasının növbəti, 102-ci iclasını iyunun 21-də Moskvada keçirmək barədə razılığa gəldik" - o, İqtisadi Şuranın geniş formatlı iclasında çıxışı zamanı deyib.
Hazırda Moskvada Birlik İqtisadi Şurasının 101-ci iclası keçirilir.
Ermənistan Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyi ölkələri İqtisadi Şurasının 101-ci iclasına yüksək səviyyəli nümayəndə heyəti göndərməkdən imtina edib. Adətən MDB İqtisadi Şurasının tədbirində Ermənistanı baş nazirin müavini Mqer Qriqoryan təmsil edib. Bu dəfə də İrəvan tədbirə Belarusdakı səfirini göndərməklə kifayətlənib.
Qeyd edək ki, MDB İqtisadi Şurasının 101-ci iclasında Azərbaycanı Baş nazirin müavini Yaqub Eyyubov təmsil edir. Rusiya tərəfindən isə hökumət sədrinin müavini Aleksey Overçuk iştirak edir.
***
Moskvada martın 29-da MDB İqtisadi Şurasının 101-ci iclası keçirilib, iclasda Birlik ölkələri arasında iqtisadi əməkdaşlığın geniş spektri məsələləri nəzərdən keçirilib.
İclasa Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk sədrlik edib.
İclasda Azərbaycanı Baş nazirin birinci müavini Yaqub Eyyubov təmsil edib.
İqtisadi Şuranın üzvləri MDB-nin Regionlararası və Transsərhəd Əməkdaşlıq Şurasının 2019-2023-cü illərdə fəaliyyəti haqqında məlumatı dinləyiblər.
İclasda MDB ölkələri arasında kimya sənayesi sahəsində əməkdaşlığın gələcək inkişafı Konsepsiyası və onun həyata keçirilməsi üzrə Tədbirlər Planı, MDB ölkələrinin qarşılıqlı ticarətində maneələr məsələsi və onların aradan qaldırılması üçün tövsiyələr, yüngül sənayedə əməkdaşlıq, MDB orqanlarının maliyyələşdirilməsi, sığorta xidmətləri bazarının inkişafı, 2030-cu ilə qədər olan dövr üçün MDB-nin İqtisadi İnkişaf Strategiyasının birinci mərhələsinin həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası mələsələrinə baxılıb.
İqtisadi Şuranın növbəti iclasının 2024-cü il iyunun 21-də Moskvada keçirilməsi planlaşdırılır.
Xəbər lenti
0