CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kimlər vergi orqanlarında xidmətə qəbul olunmayacaq?

vergi  - Sputnik Azərbaycan, 1920, 29.03.2024
Abunə olmaq
Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnaməyə vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatına dair yeni fəsil (54-1) daxil edilməsi də təklif olunur.
BAKI, 29 mart — Sputnik. Tibbi müayinə nəticəsində narkotik vasitələri və psixotrop maddələri istehlak etməsi müəyyən olunmuş şəxslər vergi orqanlarında xidmətə qəbul oluna bilməz.
Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnaməyə təklif edilən dəyişiklikdə əksini tapıb.
Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnaməyə vergi orqanlarının vəzifəli şəxslərinin sosial müdafiəsi və maddi təminatına dair yeni fəsil (54-1) daxil edilməsi də təklif olunur.
Layihəyə əsasən, vergi orqanlarının vəzifəli şəxslərinin əməkhaqqı aylıq vəzifə maaşından, xüsusi rütbəyə görə maaşdan, xidmət illərinə görə əlavələrdən və normativ hüquqi aktlarda nəzərdə tutulan digər ödənişlərdən ibarətdir.
Qeyd edək ki, bu Əsasnamə vergi orqanlarında xidmətin qaydalarını və vergi orqanlarının vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.
Vergi orqanlarında xidmət – Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları sisteminə daxil olan vergi orqanlarının funksiya və məqsədlərini öz peşəkar fəaliyyətləri ilə həyata keçirilən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür.
Xəbər lenti
0