CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

XI sinif şagirdi ana olan məktəbin direktoru işdən çıxardıldı

© Sputnik / Павел БедняковMəmur çantası, arxiv
Məmur çantası, arxiv - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Abunə olmaq
Həmçinin iddialara görə, bu məktəbdə yuxarı sinif şagirdləri arasında qızların erkən nişanlandığı, dərsə gəlmədikləri halda jurnalda onlara qiymət yazıldığı da bildirilir.
BAKI, 28 mart — Sputnik. Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən azad edilib. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Şirvan-Salyan Regional Təhsil İdarəsi xəbər yayıb. Məlumatda bildirilur ki, Şirvan-Salyan Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən 28.02.2024-cü il tarixdə Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbdə aparılıb.
Məktəbdə müxtəlif istiqamət üzrə yoxlama aparılmış və yoxlama zamanı məktəbin idarəolunması, şagirdlərin məktəbə davamiyyəti, əmək intizamı, dərslərin əvəzolunması, dərsdənkənar məşğələlərin və dərnəklərin təşkili və keçirilməsi, fərdi təhsilin təşkili, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar üçün evdə təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.
Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Dilbər Qurbanova 27 mart 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib. Məsələyə hüquqi qiymət verilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.
Xatırladaq ki, Salyan rayon pambıqkənd tam orta məktəbində şagirdlər arasında erkən nikah halları qeydə alınıb. Məktəbin XI sinif şagirdlərindən biri uşaq dünyaya gətirib. Buna baxmayaraq onun jurnalda dərsə davamiyyətini davam etdirdiyi qeyd olunub. Həmçinin iddialara görə, bu məktəbdə yuxarı sinif şagirdləri arasında qızların erkən nişanlandığı, dərsə gəlmədikləri halda jurnalda onlara qiymət yazıldığı da bildirilir. Sözügedən məktəb erkən nikah halına görə polis oqranları tərəfindən nəzarətə götürülmüşdü.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0