Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Xarici Kəşfiyyat Xidməti Narışkinin KXDR-ə səfəri ilə bağlı məlumat yaydı

© Sputnik / Виктор Толочко / Mediabanka keçidRusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, arxiv
Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin, arxiv - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Abunə olmaq
Danışıqların dostluq şəraitində keçdiyi və müzakirə olunan məsələlərə yanaşmalarda birlik nümayiş etdirildiyi açıqlanıb.
BAKI, 28 mart — Sputnik. Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin martın 25-dən 27-dək Şimali Koreyada səfərdə olub və Pxenyanda KXDR-in dövlət təhlükəsizliyi naziri Li Çxan De ilə ətraflı danışıqlar aparıb. Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Pxenyanda KXDR-in dövlət təhlükəsizliyi naziri Li Çan De ilə bu ölkənin inkişafının cari məsələləri beynəlxalq vəziyyət və regional təhlükəsizliyin təmin edilməsi, xarici qüvvələrin təzyiqini artırmaq cəhdləri qarşısında Rusiya-Şimali Koreya qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi müzakirə edilib.
Danışıqların dostluq şəraitində keçdiyi və müzakirə olunan məsələlərə yanaşmalarda birlik nümayiş etdirildiyi açıqlanıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0