DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Ermənistan KTMT-nin işində iştirak etmir - Tasmaqambetov

© AFP 2023 / Handout / Russian Defence MinistryKTMT
KTMT - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Abunə olmaq
KTMT-nin baş katibi deyib ki, bütün prosedurlar təşkilatın normativ-hüquqi bazasına tam uyğun olaraq həyata keçirilir.
BAKI, 28 mart — Sputnik. Ermənistan son vaxtlar katibliyin işində iştirak etməyib, lakin təşkilat Ermənistandan təşkilata üzvlüyün dayandırılması ilə bağlı heç bir rəsmi bildiriş almayıb. Bunu KTMT-nin baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.

"Bu, indiki mərhələdə Ermənistanın qərarıdır və biz beynəlxalq təşkilat olaraq suveren dövlətin istənilən qərarına hörmətlə yanaşırıq. Bununla belə, KTMT-nin fəaliyyəti tam həcmdə davam edir. Bütün prosedurlar KTMT-nin normativ-hüquqi bazasına tam uyğun olaraq həyata keçirilir. Katiblik İrəvanın müvafiq strukturlarını qəbul edilən qərarlar barədə məlumatlandırır" - Tasmaqambetov deyib.

Xatırladaq ki, daha öncə Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsinin KTMT-də iştirakının dondurulduğunu açıqlayıb.
Qeyd edək ki, "Şərəfim var" fraksiyası parlamentdə 107 mandatdan cəmi yeddisinə sahibdir. Siyasi birliyin qurucusu keçmiş prezident Serj Sarqsyan, lideri isə Artur Vanesyandır. Fraksiya digər müxalif partiyalar kimi rusiyayönümlülük və avroskeptisizmlə fərqlənir. Son parlament seçkilərində Ermənistan seçicilərinin yalnız 66 mini "Şərəfim var"a etibar edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0