Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Aİİ-yə malların rüsumsuz idxalı üçün hədd 1000 avrodan 200 avroya endiriləcək

© Boris Roessler / dpa / AFP200 və 100 avroluq əskinaslar
200 və 100 avroluq əskinaslar - Sputnik Azərbaycan, 1920, 28.03.2024
Abunə olmaq
Mövcud həddi qoruyub saxlamaq üçün bütün dövlətlərin rəhbərliyi səviyyəsində razılaşdırılan AİK Şurasının yeni qərarı lazımdır.
BAKI, 28 mart - Sputnik. Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinə malların rüsumsuz idxalının əvvəlki həddi olan 200 avroya qaytarılması Avrasiya İqtisadi Komissiyası (AİK) Şurasının 1000 avroya qədər artırılması barədə qərarının müddəti bitdiyinə görə aprelin 1-dən avtomatik olaraq baş verməlidir. Bu barədə "Vedomosti" AİK Şurasına yaxın olan iki mənbəyə istinadən xəbər verir.
Mövcud həddi qoruyub saxlamaq üçün bütün dövlətlərin rəhbərliyi səviyyəsində razılaşdırılan AİK Şurasının yeni qərarı lazımdır. Lakin Rusiya nəşrinin mənbələrinə görə, hazırda yeni sənədlərin hazırlanması aparılmır.
Avrasiya İstehlakçılar İttifaqının həmsədri Pyotr Şelişinin sözlərinə görə, bu ittifaq mövcud 1000 avro həddini saxlamaq xahişi ilə AİK-yə müraciət edib. Komissiya buna cavab olaraq bildirib ki, belə bir təklif Aİİ-yə üzv olan heç bir ölkə tərəfindən verilməyib.
Xatırladaq ki, 2019-cu ilə qədər malların rüsumsuz idxalı həddi 1000 avro olub, sonra norma bir neçə dəfə azaldılıb, 2020-ci ilin yanvarından isə 200 avro təşkil edib. Lakin 2022-ci ilin aprelində AİK müvəqqəti olaraq həddi 1000 avro səviyyəsinə qaytarıb, bu müddət bir neçə dəfə uzadılıb (ən son müddət 2024-cü il aprelin 1-nə qədərdir).
Artan rüsumsuz idxal limiti əvvəlcə fiziki şəxslər tərəfindən şəxsi istifadə üzrə malların (ərzaq məhsulları, spirtli içkilər, geyimlər, ayaqqabılar, dərmalar) idxalı üçün müəyyən edilib.
Rusiya hökuməti yanında Maliyyə Universitetinin elmi işlər üzrə prorektoru Svetlana Solyannikova söyləyib ki, bu, tətbiq olunan sanksiya məhdudiyyətləri ilə əlaqədar istehlak qiymətlərində kəskin artımın və ya onların çatışmazlığının qarşısını almaq üçün müvəqqəti tədbir olub.
“Vedomosti” Solyannikovanın sözlərindən sitat gətirərək qeyd edib ki, 2022-ci ildə qorxduqları logistik çətinliklər indi xeyli aradan qaldırılıb.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0