CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Neftçalada əkin sahələrində subasma halları ilə bağlı dəyən zərər qiymətləndirilir

© Sputnik / Ilham AhmadovOğuzda problem
Oğuzda problem - Sputnik Azərbaycan, 1920, 27.03.2024
Abunə olmaq
İlkin rəylərə əsasən, hadisə yağışların yağması və kanalın daşması nəticəsində baş verib.
BAKI, 27 mart — Sputnik. İntensiv yağan yağışlar nəticəsində Neftçala rayonunun Xəzər qəsəbəsində əkin sahələrinin bir hissəsində subasma hadisəsi baş verib.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, subasma hadisəsi bir neçə fermerin əkin sahəsini əhatə edib.
Fermerlərin bununla bağlı Aqrar Sığorta Fondunun (1651) "Çağrı Mərkəzi"nə məlumat verməsindən sonra fondun mütəxəssisləri və müstəqil aqrar sığorta ekspertləri hadisə yerinə ezam olunub. Hazırda əkin sahələrinə dəyən zərər hesablanır və hadisənin səbəbi araşdırılır.
İlkin rəylərə əsasən, hadisə yağışların yağması və kanalın daşması nəticəsində baş verib.
Qeyd edək ki, Neftçalanın Xəzər qəsəbəsi təbiət hadisələrinə tez-tez məruz qalan və aqrar sığorta hadisələri baş verən ərazilərdəndir. Bu kəndin əkin sahələrində subasma ötən illərdə də qeydə alınıb və ərazidə baş verən sel-subasma hadisələrinə görə, indiyədək yerli fermerlərə çoxsaylı sığorta ödənişləri edilib.
Xəbər lenti
0