Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan, 1920
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Dollardan silah kimi istifadənin qeyri-sabitlik gətirdiyini gördük - Overçuk

© AFP 2023 / OZAN KOSEABŞ dolları, arxiv
ABŞ dolları, arxiv - Sputnik Azərbaycan, 1920, 27.03.2024
Abunə olmaq
Rusiya baş nazirinin müavini deyib ki, milli valyutalarla ödənişlərin istifadəsi üzrə eyni göstərici 92% Avrasiya İqtisadi İttifaqı çərçivəsində ticarətdə əldə edilib, bütün ticarət ödənişlərinin üçdə biri rublla həyata keçirilir.
BAKI, 27 mart — Sputnik. Rusiya və Çin arasında transsərhəd ticarətdə milli valyutalarla hesablaşmaların payı 92%-ə çatıb. Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Boao Asiya Forumunda bildirib.
O qeyd edib ki, milli valyutalarla ödənişlərin istifadəsi üzrə eyni göstərici 92% Avrasiya İqtisadi İttifaqı çərçivəsində ticarətdə əldə edilib, bütün ticarət ödənişlərinin üçdə biri rublla həyata keçirilir.
© Sputnik / Murad OrujovRusiya baş nazirinin müavini Aleksey Overçuk
Заседание межправкомиссии АР и РФ - Sputnik Azərbaycan, 1920, 27.03.2024
Rusiya baş nazirinin müavini Aleksey Overçuk
"Biz öz bank sistemlərimizi yaratmışıq, beynəlxalq maliyyə əməliyyatlarına dəstək veririk və digər ölkələrlə yeni sistemlərin yaradılması imkanlarını araşdırmaqdan məmnunuq, çünki dollardan silah kimi istifadənin qeyri-sabitlik və qeyri-müəyyənlik gətirdiyini gördük", - Overçuk deyib.
O əlavə edib ki, bu, onların (ABŞ-red.) qərarı idi, lakin biz oturub nə olacağını gözləyə bilməzdik və cavabımız son dərəcə təsirli oldu.
"İqtisadiyyatımız böyüyür və biz dostlarımızla, qonşularımızla birlikdə böyüyürük", - o, əlavə edib.
Martın 26-də Çinin Haynan adasındakı Boaoda qeyri-rəsmi olaraq "Şərqin Davosu" adlandırılan Asiya İqtisadi Forumu işə başlayıb. Forum martın 29-dək "Asiya və dünya: ümumi çağırışlar, ortaq məsuliyyət" devizi altında keçiriləcək.
Xəbər lenti
0