DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

İlon Mask ABŞ-da keçiriləcək prezident seçkilərində kimə səs verəcəyini açıqlayıb

© AFP 2023 / ALAIN JOCARDMask
Mask  - Sputnik Azərbaycan, 1920, 26.03.2024
Abunə olmaq
ABŞ-də 60-cı prezident seçkiləri cari ilin noyabrın 5-də keçiriləcək. Partiyaların namizədləri hələ rəsmən müəyyən edilməsə də, hazırkı prezident Cozef Baydenlə keçmiş dövlət başçısı Donald Trampın üz-üzə gələcəyi ehtimal olunur.
BAKI, 26 mart — Sputnik. Amerikalı sahibkar və milyarder İlon Mask qarşıdakı prezident seçkilərində respublikaçıların namizədini dəstəkləyəcəyini açıqlayıb.
Bu barədə biznesmen sahibi olduğu “X” sosial şəbəkəsində məlumat verib.
“Hələ bir neçə il öncə 100 faiz demokratlara səs verirdim. İndi isə məncə, qırmızı dalğaya (respublikaçılar nəzərdə tutulur – red.) ehtiyacımız var, yoxsa Amerika batacaq” – Mask qeyd edib.
Xatırladaq ki, ABŞ-də 60-cı prezident seçkiləri cari ilin noyabrın 5-də keçiriləcək. Partiyaların namizədləri hələ rəsmən müəyyən edilməsə də, hazırkı prezident Cozef Baydenlə keçmiş dövlət başçısı Donald Trampın üz-üzə gələcəyi ehtimal olunur.
22.02.24, 23:31
İlon Mask gizlicə Ağ Evə gedib
Amerikalı iş adamı İlon Mask 2023-cü ildə süni intellektin inkişafı məsələsini müzakirə etmək üçün gizli şəkildə Ağ Evi ziyarət edib.
Bu barədə "NBC News" məlumat yayıb.
ABŞ liderinin administrasiyasına gələnlər haqqında qeydlərə əsasən, Maskın ziyarəti sentyabrın 13-də baş tutub. Eyni zamanda, Ağ Ev aydınlaşdırıb ki, bu, Co Bayden administrasiyası dövründə iş adamının ora yeganə ziyarəti olub. Mask prezidentin özü ilə görüşməyib.
Qeyd edək ki, Barak Obama və Donald Trampın prezident olduqları dövrlərdə Mask bir neçə dəfə Ağ Evi ziyarət edib.
Daha əvvəl Mask demişdi ki, süni intellekt insanlar üçün faydalı istiqamətdə uğurla istifadə olunarsa, bəşəriyyət üçün də böyük imkanlar yarada bilər.
Xəbər lenti
0