DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

“Əl-Qaidə” ABŞ prezidentinə sui-qəsd etməyə cəhd göstərib

© the-levant.com"Əl-Qaidə"nin Yəmən qolu
Əl-Qaidənin Yəmən qolu - Sputnik Azərbaycan, 1920, 26.03.2024
Abunə olmaq
BAKI, 26 mart - Sputnik. “Əl-Qaidə” terror qruplaşması (Rusiya Federasiyasında qadağan edilmiş terror təşkilatı) 1996-cı ildə ABŞ-ın keçmiş prezidenti Bill Klintonun səlahiyyət müddəti ərzində ona qarşı sui-qəsd cəhdi edib. Bu barədə ABŞ Məxfi Xidmətinin agentləri məlumat veriblər.
Sui-qəsdin Klintonun Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının Filippində keçirilən sammitinə gəlməsindən sonra planlaşdırıldığı bildirilir. ABŞ-ın keçmiş prezidentini aparan təyyarə eniş etməzdən bir müddət əvvəl onun təhlükəsizlik xidmətinə kortecin marşrutunda partlayıcı qurğunun olması barədə məlumat daxil olub. Daha sonra Filippin kəşfiyyat orqanları siyasətçinin keçməli olduğu körpüdə güclü bomba, həmçinin içərisində AK-47 avtomatları olan SUV aşkarlayıb.
Lakin, sui-qəsd cəhdi həm ABŞ hökumətinin hesabatlarında, həm də “Əl-Qaidə” sənədlərində demək olar ki, qeyd olunmayıb. Həmçinin, jurnalistlər hadisəni araşdırmaq cəhdləri barədə məlumat tapmayıblar. Məxfi Xidmətin Maniladakı ən yüksək kəşfiyyat agenti Qreqori Qlod agentliyə deyib: “Mən həmişə maraqlanırdım ki, niyə məni heç bir istintaqa nəzarət etmək üçün Manilada saxlamayıblar”.
Xəbər lenti
0