CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Tarixdə bu gün: 23 mart – FOTO

© Sputnik / Elnur Salayev23 mart
23 mart - Sputnik Azərbaycan, 1920, 23.03.2024
Abunə olmaq
Bu gün dünyada və ölkədə müxtəlif illərdə hansı hadisələr baş verib - Sputnik Azərbaycan-ın icmalında oxuyun.
BAKI, 23 mart — Sputnik. Martın 23-də bir çox dünya şöhrətli aktyorlar, elm adamları, idmançılar, yazıçılar və siyasətçilər dünyaya gəliblər. Bu gündə tarixə düşən hadisələr də baş verib.
Martın 23-də kimlər dünyaya gəlib?
Akira Kurosava (1910-1998) - Yaponiya kinorejissoru, ssenaristi və prodüseridir. O, kino tarixinin ən məşhur kinorejissorlarından biridir. Akira 57 illik yaradıcılıq fəaliyyəti dövründə 30 filmə rejissorluq edib, lakin samuraylar haqqında filmləri ilə daha çox tanınır: bunlar "Raşomon", "Yeddi samuray", "Gizli qalada üç əclaf", "Döyüşçünün Kölgəsi", "Ran" və digər filmlərdir.
© AFP 2023Akira Kurosava
Akira Kurosava - Sputnik Azərbaycan, 1920, 18.03.2024
Akira Kurosava
Arçil Qomiaşvili (1926-2005) - Sovet və Rusiya teatr və kino aktyoru, Gürcüstan SSR xalq artistidir. O, "12 stul", "Stalinqrad", "Mimino" və s. filmlərdə rol alıb.
© SputnikArçil Qomiaşvili
Arçil Qomiaşvili - Sputnik Azərbaycan, 1920, 18.03.2024
Arçil Qomiaşvili
Viktor Korçnoy (1931-2016) - Sovet və İsveçrə şahmatçısı, qrossmeyster, 1960-cı illərin əvvəllərindən dünya çempionu adına iddiaçı, 1978 və 1981-ci illərdə şahmat üzrə dünya çempionatı oyunlarının iştirakçısıdır. O, dördqat SSRİ çempionudur (1960, 1962, 1964, 1970).
© Sputnik / Олег ЛасточкинViktor Korçnoy
Viktor Korçnoy - Sputnik Azərbaycan, 1920, 18.03.2024
Viktor Korçnoy
Toni Berton (1937-2016) - ABŞ kino və televiziya aktyoru, boksçudur. O, "Rokki" seriyasının altı filmində rol alan üç aktyordan (Silvester Stallone və Bert Yanq ilə birlikdə) biri olub.
Martın 20-də dünyada baş verən tarixi hadisələr
1841-ci ildə Londonda keçmiş kömür taciri Riçard Bierd Avropanın ilk fotostudiyasını açıb.
1876-cı ildə rusiyalı elektrik mühəndisi və hərbi mühəndis Pavel Yabloçkov ixtira etdiyi "elektrik şamı" Fransada patentləşdiriblər.
1956-cı ildə Pakistan dünyanın ilk İslam Respublikası olub.
1983-cü ildə "Astron" kosmik apparatı orbitə buraxılıb. SSRİ-də bu tipli ilk avtomatik stansiya olub. Stansiya sayəsində bir çox elmi kəşflər edilib.
1992-ci ildə Azərbaycan Koreya Respublikası ilə diplomatik əlaqələr qurub.
Xəbər lenti
0