Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskvada bütün kütləvi tədbirlər ləğv edilib

© Sputnik / Владимир Сергеев / Mediabanka keçid"Crocus City Hall"da terror aktı
Crocus City Hallda terror aktı - Sputnik Azərbaycan, 1920, 23.03.2024
Abunə olmaq
Moskva vilayətinin Krasnoqorsk şəhərindəki Crocus City Hall binasında atışma və yanğın baş verib.
BAKI, 23 mart - Sputnik. Moskva meri Sergey Sobyanin paytaxtda bütün kütləvi tədbirlərin ləğv edildiyini bildirib.
Rusiya Federal Təhlükəsizlik Xidməti cümə günü axşam saatlarında Moskva vilayətinin şimal-qərb sərhədində, Krasnoqorsk şəhərində, Crocus City Hall binasında musiqi qrupunun konsertindən əvvəl atışma və yanğının baş verdiyini bildirib.
İdarə ölən və yaralananların olduğunu bildirib. FSB-nin məlumatına görə, xüsusi hüquq-mühafizə orqanları bütün lazımi tədbirləri görür.

"Mən bu həftə sonu Moskvada keçiriləcək bütün idman, mədəni və digər ictimai tədbirləri ləğv etmək qərarına gəldim. Sizdən bu tədbirə anlayışla yanaşmanızı xahiş edirəm", - o, teleqram kanalında yazıb.

Bundan sonra Federasiyanın bir çox subyektlərində mədəni-kütləvi tədbirlərin təxirə salınması barədə qərar qəbul olunub.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0