Возгорание в концертном зале Крокус Сити Холл в Москве, где произошла стрельба - Sputnik Azərbaycan, 1920, 23.03.2024
"Crocus City"də terror aktı
Martın 22-də Rusiyanın Moskva vilayətinin Krasnoqorsk şəhərindəki “Krokus siti holl” konsert zalında terror aktı törədilib.

Rusiya XİN "Crocus City Hall"da baş verənləri terror aktı adlandırıb

© AFP 2023 / DIMITAR DILKOFFRusiya XİN
Rusiya XİN - Sputnik Azərbaycan, 1920, 22.03.2024
Abunə olmaq
Dünya ictimaiyyəti bütün bəşəriyyətin gözü qarşısında baş verən bu qanlı terror aktını kəskin şəkildə pisləyir.
BAKI, 22 mart - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova "Crocus City Hall"da baş verənləri terror aktı adlandırıb və əlavə edib ki, Rusiya diplomatik departamentinə dünyanın hər yerindən başsağlığı ilə bağlı zənglər gəlir.
"Rusiya Xarici İşlər Nazirliyinə dünyanın hər yerindən, sadə vətəndaşlardan "Crocus City Hall"da baş vermiş dəhşətli faciə ilə bağlı başsağlığı zəngləri gəlir. Dünya ictimaiyyəti bütün bəşəriyyətin gözü qarşısında baş verən bu qanlı terror aktını kəskin şəkildə pisləyir” - Zaxarova özünün Telegram kanalında yazıb.
Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) cümə günü axşam saatlarında atışma və yanğının Moskvanın şimal-qərb sərhədində, Krasnoqorsk vilayətində, Crocus City Hall binasında musiqi qrupunun konsertindən əvvəl baş verdiyini bildirib. İdarə ölən və yaralananların olduğunu təsdiqləyib.
FSB-nin məlumatına görə, xüsusi hüquq-mühafizə orqanları bütün lazımi tədbirləri görür.
Xəbər lenti
0