NEFT-QAZ
Neft, qaz, bütövlükdə energetika sahəsinə aid xəbərlər və məqalələr

Neft qiyməti üzrə proqnoz kəskin artıb

© AFP 2023 / TOM LITTLEEquinor şirkətinin neft platforması
Equinor şirkətinin neft platforması - Sputnik Azərbaycan, 1920, 22.03.2024
Abunə olmaq
Morgan Stanley 3-cü rübdə Brent neftinin qiymətinin bir barel üçün proqnozunu 90 dollara qaldırıb
BAKI, 22 mart - Sputnik. Morgan Stanley analitikləri 2024-cü ilin üçüncü rübündə Brent markalı neftin qiymətləri ilə bağlı proqnozlarını kəskin şəkildə artırıblar.
Bazarda tələb-təklif balansının kəsiri fonunda qiymət proqnozu dərhal 10 dollar artırılaraq bir barel üçün 90 dollara çatdırılıb.
Eyni zamanda, Morgan Stanley-in birinci və ikinci rüblər üzrə gözləntiləri də artırılıb - müvafiq olaraq bir barel üçün 82,5-dən 85 dollara və 82,5-dən 87,5 dollara. Dördüncü rübdə bankın analitikləri qiymətin bir barel üçün 85 dollar (əvvəllər 80 dollar) olacağını gözləyirlər.
Xəbər lenti
0