DÜNYA XƏBƏRLƏRİ
Dünyada baş verən ən önəmli hadisələr və aktual məqalələr

Şolts Ukraynaya silah verməkdən imtina etdi, partiyadakı reytinqi yüksəldi

© AFP 2023 / TOBIAS SCHWARZOlaf Şolts, arxiv şəkli
Olaf Şolts, arxiv şəkli - Sputnik Azərbaycan, 1920, 19.03.2024
Abunə olmaq
Raket tədarükü təşəbbüsünü elan edən müxalifətdə olan Xristian Demokrat və Xristian Sosial Birlikləri blokunun populyarlıq reytinqi son aylarda ilk dəfə olaraq 30 faizdən aşağı düşüb.
BAKI, 19 mart — Sputnik. Almaniya kansleri Olaf Şolsun Ukrayna Silahlı Qüvvələrinə "Taurus" raketləri verməkdən imtina etməsindən sonra Almaniya Sosial Demokrat Partiyasının reytinqi yüksəlib.
"Bild" bu barədə "İnsa" sosioloji institutunun keçirdiyi sorğunun məlumatlarına istinadən yazıb.
Şoltsun partiyasına dəstək yüzdə yarım artaraq 16 faizə çatıb.
Eyni zamanda, raket tədarükü təşəbbüsünü elan edən müxalifətdə olan Xristian Demokrat və Xristian Sosial Birlikləri blokunun populyarlıq reytinqi son aylarda ilk dəfə olaraq 30 faizdən aşağı düşüb.
"Ötən həftə ilə müqayisədə XD/XSB bloku 1,5 faiz bəndi itirərək 29,5 faiz səs toplayıb. Lakin bu, onun Almaniyadakı siyasi partiyaların populyarlıq reytinqində liderliyini davam etdirməsinə mane olmur" - "Bild" yazıb.
Sağçı "Almaniya üçün Alternativ" partiyası 19,5 faiz səslə ikinci yerdədir. Kansler Olaf Şoltsun partiyası üçüncü yerdədir - seçicilərin 16 faizi ona səs verməyə hazırdır. Nəşr iddia edib ki, hər iki tərəf Ukrayna münaqişəsi ilə bağlı dinc ritorikadan istifadə edir.
Bundan əvvəl politoloq Alexander Rar Şoltsun "Taurus" raketlərini Ukraynaya göndərməkdən hansı səbəbdən imtina etməsini izah edib.
Xəbər lenti
0