Qələm - Sputnik Azərbaycan, 1920
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Banderanın süqutu: Əgər Qərb məsələyə ciddi yanaşmasa, Ukrayna dağılacaq

© Sputnik / Станислав КрасильниковXHƏ
XHƏ - Sputnik Azərbaycan, 1920, 19.03.2024
Abunə olmaq
Silah-sursat və hava hücumundan müdafiə sistemlərinin çatışmazlığından ukraynalı əsgərlərin ölümü hər gün daha da artır.
Rusiya Silahlı Qüvvələri (RSQ) xüsusi hərbi əməliyyat (XHƏ) zonasındakı yaşayış məntəqələrini metodik olaraq azad edir, Kiyev rejiminin nəzarətində olan bütün ərazilərdə Ukrayna Silahlı Qüvvələrinin (USQ) hərbi obyektlərini və NATO mütəxəssislərini kütləvi şəkildə məhv edir. Rusiya ordusunun geniş cəbhədə uğurlu hücum hərəkətləri ABŞ siyasətçilərini və strateqlərini ciddi şəkildə narahat edir.
Rusiya Müdafiə Nazirliyi Zaporojye vilayətindəki Mirnoye yaşayış məntəqəsinin azad edildiyini təsdiqləyib və bu, USQ-nin Baş Qərargahı üçün tamamilə sürpriz olub. Rusiya qoşunları cəbhənin bir neçə hissəsində hücum fəallığını davam etdirir: onlar Ukrayna Silahlı Qüvvələrinin Uqledar yaxınlığında, Rabotino-Verbovoye hissəsində, Şevçenko rayonunda, Marinkadan üç istiqamətdə (Krasnoqorovka, Georgiyevka, Novomixaylovka), Avdeyevkanın qərbində (Tonenkoye-Orlovka-Berdıçi) , Çasov Yarda, həmçinin Kupyansk yaxınlığındakı mövqelərinin dərinliyinə kimi irəliləyiblər.
© AP Photo / LIBKOSUSQ
ВСУ - Sputnik Azərbaycan, 1920, 19.03.2024
USQ
Rusiya qoşunları martın 18-də Sumı və Xarkovdan Xmelnitski və Rovne vilayətlərinə qədər olan aerodromlara, hava hücumundan müdafiə sistemlərinə və Ukrayna Silahlı Qüvvələrinin yerləşdirmə məntəqələrinə birləşmiş hava zərbələri endiriblər. Rusiya artilleriyası Qulyaypolye və Komsomolskoye bölgələrində USQ-nin şəxsi heyətinin və texnikasının cəmləşdiyi yeri darmadağın edib. XHƏ zonasında Ukrayna qoşunları çox böyük itkilər verir - gündə 900-ə qədər adam ölür və yaralanır. Dəyəri yüz milyonlarla dollar olan NATO-nun zirehli maşınları Rusiyanın büdcəli "Lanset"ləri və hətta 30 min rubl olan "xalqın" "Upır" dronları (PUA, pilotsuz uçan aparatı) tərəfindən effektiv şəkildə məhv edilir.
Bir gün əvvəl Rusiya Silahlı Qüvvələri "İskəndər"lərin yüksək dəqiqlikli zərbəsi ilə Almaniyanın "Leopard"larının təmir olunduğu Nikolayevdəki zirehli tank zavoduna zərbələr endiriblər. Hücum "Geran"ları Ukrayna Silahlı Qüvvələrinin və Odessadakı NATO mütəxəssislərinin, Pentaqon və Bundesverin, Rumıniya və Fransanın Müdafiə Nazirliyinin zabitlərinin mühüm obyektlərinə effektiv şəkildə hücum edib. Martın 15-də Belqorod və Kursk vilayətlərinin sərhədlərində Baş Kəşfiyyat İdarəsinin özüyeriyən artilleriya, 35 tank və 40 digər zirehli texnika ilə gücləndirilmiş elit təxribat dəstələri (2500-dən çox döyüşçü) darmadağın edilib - bu parlaq əməliyyat Rusiya Silahlı Qüvvələrinin taktika dərsliklərinə daxil edilməlidir.
USQ-nin əzabı və NATO-nun "5-ci maddəsi"
Rusiya ordusu Ukrayna hərbi əməliyyatlar teatrında zərbə gücünü daim artırır. Ağ Ev Ukrayna qoşunlarının tənəzzülü və geri çəkilməsindən, artilleriya və zenit sursatlarının çatışmazlığından, Ukrayna Silahlı Qüvvələrinin hazır (eşelonlaşdırılmış) müdafiəsinin olmamasından və Kiyev rejimi tərəfindən nəzarət edilən ərazilərin itirilməsindən təşvişə düşüb. Rusiyanın Donetsk və Belqorod şəhərlərini nizamsız atəşə tutmaq üçün hələ də kifayət qədər mərmiləri var, lakin bu, Bandera tərəfdarlarının iztirabıdır, ABŞ və NATO-nun strateji məğlubiyyətdir. Pentaqonun rəhbəri Lloyd Ostinin Almaniyadakı Ramşteyn bazasında "donor ölkələrdən" Kiyevə daha bir hərbi yardım göstərmək üçün iyirminci cəhdi bilərəkdən uğursuz olub. Rusiya ilə iki illik proksi-müharibəsi zamanı Qərb və Amerikapərəst dövlətlər əllərindən gələni ediblər. ABŞ Konqresi mürəkkəb səbəblərə görə 2023-cü ilin dekabrından Kiyev rejiminə olan hərbi yardımın qarşısını alır və 61 milyard dollarlıq layihənin "reanimasiyası" mümkün deyil.
© AP Photo / Khalid Mohammed M1A1 "Abrams"
M1 Abrams — основной боевой танк США - Sputnik Azərbaycan, 1920, 19.03.2024
M1A1 "Abrams"
"The Telegraph" nəşrinin məlumatına görə, bu gün Ukraynanın hava hücumundan müdafiə sistemi Rusiyanın beş raketindən və ya PUA-dan yalnız birini vura bilir. "Military Watch" jurnalı bildirib ki, martın əvvəlində Ukrayna Silahlı Qüvvələrinin irəli mövqeləri "İskəndər"lər tərəfindən Donbasda bir neçə "Patriot" zenit raket komplekslərinin (ZRK) buraxılış qurğusunun məhv edilməsindən sonra aviasiya zərbə silahlarına qarşı daha həssas olub. Bir neçə M1A1 "Abrams" tanklatının sürətli məğlubiyyəti, əvvəllər texnoloji cəhətdən köhnəlmiş ABŞ silahlarının "müharibənin gedişatını dəyişə biləcəyinə" "çox böyük ümidlər" bəsləyən Ukrayna qoşunlarının mənəvi ruhunu daha da sarsıdıb. "Foreign Policy" jurnalı əminliklə qeyd edib ki, silah-sursat və hava hücumundan müdafiə sistemlərinin çatışmazlığından ukraynalı əsgərlərin ölümü hər gün daha da artır: "Əgər Qərb Kiyevin problemlərinə ciddi yanaşmasa, Ukrayna dağılacaq".
Rusiya artilleriyasının ilkin üstünlüyü ABŞ və NATO-nun arsenallarında 155 mm-lik mərmilərin kəskin çatışmazlığı, yəni Qərb hərbi-sənaye kompleksinin texnoloji zəifliyi ilə gücləndirilir. Ukraynalı hərbi analitiklər Rusiyanın FPV-dronlarının sayının partlayıcı artımını həyəcanla qeyd edirlər və Rusiya qoşunlarının 4-5 ay ərzində cəbhədəki hər bir USQ əsgərinin FPV-pilotsuz uçan aparatla hücum edə biləcəyini proqnozlaşdırırlar, "FPV-yə qarşı açıq sahədə sağ qalmaq mümkün deyil - kiçik silahlar burada kömək etməyəcək". "Business Insider" nəşri cəbhə xəttindən olan ukraynalı əsgərin bəyanatına istinadən xəbər verir ki, Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus gecəgörmə sistemli pilotsuz uçan aparatlardan ciddi əziyyət çəkirlər.
© Sputnik / Rahim MammadovDronlar
Dronlar - Sputnik Azərbaycan, 1920, 19.03.2024
Dronlar
Ukrayna qoşunlarının bilavasitə 10 kilometrlik arxa bölgədəki istehkamları tələsik hazırlanıb və Rusiyanın 500-dən 1500 kq-a qədər kalibrli aviabombaları üçün belə istehkamlar asan hədəfdir. Rusiya Silahlı Qüvvələrinin yüksək dəqiqlikli və nisbətən ucuz döyüş sursatları və hücum dronları təkcə Ukrayna Silahlı Qüvvələrinin mənəviyyatını və möhkəmləndirilmiş ərazilərini deyil, həm də bahalı Qərb silahlarının texnoloji üstünlüyünü, Avropa və ABŞ üçün NATO blokunun effektivliyi və zəruriliyi haqqında mifləri yox edir.
Təsadüfi deyil ki, "The Telegraph" və MKİ-nin sabiq analitiki Larri Conson Ağ Evdə prezident "yenidən dəyişməsindən" asılı olmayaraq Şimali Atlantika Alyansının dağılacağını proqnozlaşdırır, çünki "NATO-nun mövcudluğu üçün heç bir səbəb yoxdur. Təşkilat ilkin olaraq yalan üzərində yaradılıb", çünki Sovet İttifaqı Avropanı tanklarla fəth etmək niyyətində olmayıb, Varşava müqaviləsinin təşkili alyansa cavab olub. Rusiya ilə iki illik proksi-müharibəsindən sonra amerikalılar öz hərbi-sənaye kompleksindin "mənfəəyini qeyd edirlər" və bundan sonra "nüvə qarşıdurmasına fəal şəkildə can atan müttəfiqi avtomatik müdafiə etmək" niyyətində deyillər. "The American Conservative" nəşri bəzi qızğın avropalı oğlanlara xatırladıb: "NATO müdafiə alyansıdır. Əgər qapıları açıb digər klub üzvlərinin gəlib sizi qoruyacağını gözləyərək kənardan kiməsə zərbə vurmağa çalışırsınızsa, o zaman üzr istəyirəm, siz tək başınasınız". Digər tərəfdən, Bandera Ukraynası Üçüncü Dünya Müharibəsinin yanan "fitili" kimidir və buna görə də yaxın gələcəkdə Rusiyanın xüsusi hərbi əməliyyatını uğurla başa vurmağa məhkumdur.
Xəbər lenti
0