Голосование на выборах президента России в Новосибирске  - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Rusiyada prezident seçkiləri

Zaxarova Qərb siyasətçilərinin seçkilər fonunda davranışlarını tarakanlarla müqayisə edib

© Sputnik / Сергей ГунеевMariya Zaxarova
Mariya Zaxarova - Sputnik Azərbaycan, 1920, 18.03.2024
Abunə olmaq
Dünyanın əksər ölkələrinin başçılarının Vladimir Putinin təbrikləri fonunda aqressiv NATO üzvləri yandırılan işığın təsirindən çaş-baş vəziyyətdə ora-bura vurnuxan tarakanlara bənzəyirlər.
BAKI, 18 mart — Sputnik. Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyada prezident seçkiləri fonunda Qərb siyasətçilərinin davranışını tarakanlarla müqayisə edib.
Bu barədə o, özünün "Teleqram" kanalında yazıb.
"Dünyanın əksər ölkələrinin başçılarının Vladimir Putinin təbrikləri fonunda aqressiv NATO üzvləri yandırılan işığın təsirindən çaş-baş vəziyyətdə ora-bura vurnuxan tarakanlara bənzəyirlər"- Zaxarova fikrini bildirib.
Diplomatın sözlərinə görə, Qərb nümayəndələrinin fikirləri ayrılıb. Belə ki, onların bəziləri Rusiya Federasiyasında dövlət başçısı seçkilərinin "ədalətsiz" olduğunu desələr də, nəticələri nəzərə alırlar, bəziləri isə səsverməni tanımasa da, ünsiyyətə hazırdırlar.
"Digər tərəfdən, tarakanları nahaq təhqir etdim. Təbiət onları bir çox Qərb siyasətçilərinin qərq olduğu vəziyyətdən fərqli olaraq belə yaradıb", - Zaxarova sözünü yekunlaşdırıb.
Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Gennadi Askaldoviç Rusiya Federasiyasının prezident seçkilərinə müdaxilə cəhdlərinin bütün dost olmayan ölkələr tərəfindən qeydə alındığını bildirib.
Daha əvvəl Mariya Zaxarova bildirmişdi ki, xaricdəki rusiyalı seçicilər marginallaşmış insanların təxribatlarına məhəl qoymayıb və sərbəst şəkildə səs veriblər.
Xəbər lenti
0