Azərbaycan Silahlı Qüvvələrinə məxsus zirehli texnika. Arxiv şəkli - Sputnik Azərbaycan, 1920
HƏRBİ
Hərbi quruculuğa, döyüş əməliyyatlarına, silahlı münaqişələrə, silah-sursata dair xəbər və məqalələr

NATO-nun Baş katibi Azərbaycan və Ermənistana çağırış etdi

© AP Photo / Mindaugas KulbisNATO-nun baş katibi Yens Stoltenberq
NATO-nun baş katibi Yens Stoltenberq - Sputnik Azərbaycan, 1920, 19.03.2024
Abunə olmaq
Yens Stoltenberq NATO ilə Ermənistan arasında tərəfdaşlığın gücləndirilməsini səbrsizliklə gözlədiyini qeyd edib.
BAKI, 19 mart - Sputnik. NATO Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) Azərbaycan və Ermənistana çağırış edib.
Bu barədə o, özünün “X”dakı hesabında yazıb.
“Mən Ermənistan və Azərbaycanı sülhün davamlı olması üçün fürsətdən istifadə etməyə çağırıram” - o bildirib.
O, həmçinin NATO ilə Ermənistan arasında tərəfdaşlığın gücləndirilməsini səbrsizliklə gözlədiyini qeyd edib.
Qeyd edək ki, Y.Stoltenberq Cənubi Qafqaz turnesi çərçivəsində martın 17-18-də Azərbaycanda olub, sonradan Gürcüstan və Ermənistana səfər edib.
18.03.24, 23:01
Azərbaycan çox yaxşı təlim keçmiş hərbi qüvvələrə malikdir
Azərbaycan çox yaxşı təlim keçmiş və təchiz olunmuş hərbi qüvvələrə malikdir.
Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Azərbaycan Dövlət İnformasiya Agentliyinə - AZƏRTAC-a müsahibəsində deyib.
Baş katib bildirib ki, Azərbaycan hərbçiləri Əfqanıstanda uzun illərdir müxtəlif tapşırıqların öhdəsindən bacarıqla gəlirlər:
"Onlar 2021-ci ildə - missiyanın son günlərində hava limanının qorunması, yüz minlərlə insanın Kabil və Əfqanıstandan təxliyə edilməsi sahəsində vacib rol oynayıblar. Hava limanında, həmçinin NATO-ya məxsus hospital fəaliyyət göstərib. Bu hospitalda hava limanındakı insanlara, o cümlədən tibbi yardımın göstərilməsi təmin olunurdu. Beləliklə, birlikdə gördüyümüz son iş Türkiyə hərbçiləri ilə yanaşı hava limanının və hospitalın qorunması olub. Ümumi desək, bütün bunlar NATO üçün son dərəcə vacibdir. Mənim NATO-nun mənzil qərargahında fəaliyyət göstərən əməkdaşlarımdan biri Kabildə hava limanından insanların təxliyəsini təşkil edirdi. O yaralanmışdı. Onun həyatını azərbaycanlı hərbçilər xilas etdilər, ilk tibbi yardım göstərərək xəstəxanaya çatdırdılar".
Y.Stoltenberq Azərbaycan hərbçilərinə bu illər ərzində, xüsusilə missiyanın son həftələrində gördükləri işlərə görə minnətdarlığını ifadə edib.
Xəbər lenti
0