Голосование на выборах президента России в Новосибирске  - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Rusiyada prezident seçkiləri

Rusiyada keçirilən prezident seçkilərində seçici fəallığı 73,33% təşkil edib - Yenilənib

© Sputnik / Илья Питалев / Mediabanka keçidRusiyada prezident seçkiləri
Rusiyada prezident seçkiləri - Sputnik Azərbaycan, 1920, 17.03.2024
Abunə olmaq
Rusiyada prezident seçkiləri martın 15-də başlayıb və martn 17-dək davam edir.
BAKI, 17 mart — Sputnik. Səsvermənin üçüncü günündə Rusiyada keçirilən prezident seçkilərində seçici fəallığı Moskva vaxtı ilə saat 20.24-ə 73,33% təşkil edib. Bu barədə məlumat Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasının saytında təqdim olunub.
Rusiyada prezident seçkiləri martın 15-də başlayıb. Seçkilər martın 17-si saat 20:00-a qədər davam edəcək. Seçicilər dörd namizəddən birinə səs verə bilərlər. Prezidentlik kürsüsü uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, kommunist Nikolay Xaritonov, liberal-demokrat Leonid Slutski və "Yeni adamlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparırlar.
16.03.24.
Rusiya Mərkəzi Seçki Komissiyasının sədr müavini Nikolay Bulayev bildirib ki, Rusiya prezident seçkilərinin ilk nəticələri bazar günü, martın 17-də, Moskva vaxtı ilə saat 21:00-dan sonra gözlənilir.
"İlk nəticələr 21:00-dan sonradır (17 mart). Bu, qanunla belədir", – Bulayev deyib.
O, Rusiyanın bütün seçki məntəqələrində iş dayandırıldıqdan sonra nəticələrin açıqlanmasının mümkün olacağını izah edib.
Bundan əvvəl məşhur rusiyalı rejissor Nikita Mixalkovun Krımda seçki məntəqəsinə baş çəkdiyi bildirilirdi. O, verdiyi səsin "bir milyona qoşulacağını" təklif etdi.
Bundan əvvəl, martın 16-da Bulayev demişdi ki, saat 16:20-də Rusiyada keçirilən prezident seçkilərində seçici fəallığı 51,77 faiz təşkil edib. O, dəqiqləşdirib ki, məlumatlarda məsafədən səs verənlər də nəzərə alınıb.
Rusiyada prezident seçkiləri martın 15-də başlayıb. Seçkilər martın 17-si saat 20:00-a qədər davam edəcək. Seçicilər dörd namizəddən birinə səs verə bilərlər. Prezidentlik kürsüsü uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, kommunist Nikolay Xaritonov, liberal-demokrat Leonid Slutski və "Yeni adamlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparırlar.
Rusiyada Prezident seçkiləri - Sputnik Azərbaycan, 1920, 16.03.2024
Rusiyada prezident seçkiləri
Rusiyada prezident seçkilərinin ikinci günündə seçici fəallığı açıqlanıb
Xəbər lenti
0