Голосование на выборах президента России в Новосибирске  - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Rusiyada prezident seçkiləri

Prezidentliyə namizədlərin səsvermənin gedişatından şikayəti yoxdur - Missiya

© Sputnik / Алексей ДаничевRusiyada Prezident seçkiləri
Rusiyada Prezident seçkiləri - Sputnik Azərbaycan, 1920, 17.03.2024
Abunə olmaq
Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
BAKI, 17 mart - Sputnik. "MDB PPA müşahidəçilərinə Rusiya Federasiyasının prezidentliyinə namizədlərdən seçkilərin gedişi ilə bağlı heç bir şikayət daxil olmayıb. Bunu jurnalistlərə açıqlamasında MDB Parlamentlərarası Assambleyasının (PA) müşahidəçilər missiyasının koordinatoru Mixail Rusıy bildirib.
Missiya rəsmisi bildirib ki, Rusiya prezidentliyinə bütün namizədlərlə görüşlər keçirib, onların seçkilərin gedişindən şikayəti yoxdur.

“Biz artıq bütün prezidentliyə namizədlərlə və onların qərargahları ilə görüşlər keçirmişik. <…> Namizədlərin və onların qərargahının imkanları və məhdudiyyətləri ilə bağlı heç bir şərhi yoxdur” - o, jurnalistlərə bildirib.

Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0