Голосование на выборах президента России в Новосибирске  - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Rusiyada prezident seçkiləri

Deputat: "Rusiyada seçkilərin təşkili səviyyəsi beynəlxalq standartlardan yüksəkdir"

© Photo : From the personal archive of Sabir HajiyevAzərbaycan Milli Məclisinin (MM) Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev
Azərbaycan Milli Məclisinin (MM) Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev  - Sputnik Azərbaycan, 1920, 17.03.2024
Abunə olmaq
İlk dəfə olaraq Rusiya Federasiyasının prezident seçkilərində əhalinin bir gündə deyil, üç gün ərzində səs verməsinin əlamətdar hadisə olduğunu MDB PPA-dan olan müşahidəçilər missiyasının üzvü vurğulayıb.
BAKI, 17 mart - Sputnik. Rusiyada növbədənkənar prezident seçkilərində təşkilatçılıq səviyyəsi beynəlxalq standartlardan yüksəkdir. Bunu Sputnik Azərbaycan-a MDB PA müşahidəçilər missiyasının üzvü, Azərbaycan Milli Məclisinin (MM) Aqrar siyasət komitəsinin sədr müavini Sabir Hacıyev məlumat verib.

“Biz artıq üçüncü gündür ki, seçki prosesini izləyirik, namizədlərlə görüşür, seçki məntəqələrində olduq, Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyasında olduq. Seçkilər çox yüksək səviyyədə təşkil olunub, seçkilərin keçirildiyi məntəqələrdə heç bir qanun pozuntusu qeydə alınmayıb” - deputat deyib.

Hacıyevin sözlərinə görə, bu seçkilərdə təşkilatçılıq səviyyəsi hətta beynəlxalq standartlardan da yüksəkdir.
"Rusiyada vətəndaşlara səsvermədə iştirak etmək üçün müxtəlif imkanlar yaradılıb. Adi seçki məntəqəsinə gəlməkdən əlavə, elektron səsvermə yolu ilə də səs verə bilərsiniz" - o, qeyd edib.
Deputat vurğulayıb ki, Rusiya Federasiyasının prezident seçkilərində ilk dəfə olaraq əhali bir gündə deyil, üç gün ərzində səs verir ki, bu da əlamətdar hadisədir.
Millət vəkili çox yüksək fəallığı da qeyd edib - artıq seçicilərin yarıdan çoxu səs verib.
Rusiya Federasiya Şurası prezident seçkilərini 2024-cü il martın 17-nə təyin edib. Səsvermə üç gün davam edəcək: 15, 16 və 17 mart. Rusiya Federasiyası Mərkəzi Seçki Komissiyası tərəfindən qeydə alınmış 4 namizəd dövlət başçısı postu uğrunda mübarizə aparır: Leonid Slutski, Nikolay Xaritonov, Vladislav Davankov və Vladimir Putin.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0