CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda qohum evlilikləri qadağan oluna bilər

© AFP 2023 / MIGUEL MEDINANişan üzükləri
Nişan üzükləri - Sputnik Azərbaycan, 1920, 17.03.2024
Abunə olmaq
Qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur.
BAKI, 17 mart — Sputnik. Əmi və xala uşaqları arasında evlilik qadağan oluna bilər. Bunu Prezidentin Administrasiyasının Qanunvericilik və hüquq siyasəti şöbəsinin sektor müdiri Rüstəm Qasımov "Qohum nikahları" ilə bağlı keçirilən ictimai müzakirədə deyib.
O bildirib ki, qanunvericilik səviyyəsində üçüncü və dördüncü dərəcəli qohum evliliklərinin qarşısının alınması müzakirə olunur:

"Bu, əmi, xala uşaqları arasında olan nikahları ehtiva edir. Burada faktiki vəziyyət göstərir ki, uzun illərdir aparılan maarifləndirmə işlərinə baxmayaraq, problem hələ də qalır. Buna görə də dövlətin addım atması önəmlidir".

Məlumat üçün bildirək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sədri Bahar Muradova komitənin 2023-cü il fəaliyyətinin yekunlarına həsr olunmuş brifinqdə bildirib ki, 2023-cü il ərzində erkən nikah hadisəsi ilə bağlı 29 fakt üzrə monitorinq-ailə səfərləri təşkil edilib, 25 erkən nikah halının qarşısı alınıb.
Qeyd edək ki, Azərbaycan Respublikasında nikah yaşı kişilər üçün 18 yaş, qadınlar üçün isə istisna hallarda 17 yaş müəyyən olunub. Nikahın bağlanması üçün nikaha daxil olan şəxslərin yazılı razılığı və onların nikah yaşına çatmaları zəruridir. Üzrlü səbəblər olduqda nikah yaşı 1 ildən çox olmayaraq azaldıla bilər.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0