Голосование на выборах президента России в Новосибирске  - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Rusiyada prezident seçkiləri

RF Xarici İşlər Nazirliyi Britaniyanı hədələyib

© Sputnik / Наталья СеливерстоваЗдание Министерства иностранных дел РФ в Москве, фото из архива
Здание Министерства иностранных дел РФ в Москве, фото из архива - Sputnik Azərbaycan, 1920, 16.03.2024
Abunə olmaq
Diplomat Krımda və Rusiya Federasiyasının yeni bölgələrində seçkilərin keçirilməsinin qeyri-qanuni olduğunu bildirən Britaniya səfirliyinin postunu xatırladıb.
BAKI, 16 mart - Sputnik. Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Rusiyada keçiriləcək prezident seçkilərinə müdaxilə cəhdi olacağı təqdirdə Britaniyanı hədələyib.
Bu barədə o, Telegram kanalında məlumat verib.
Diplomat Krımda və Rusiya Federasiyasının yeni bölgələrində seçkilərin keçirilməsinin qeyri-qanuni olduğunu bildirən Britaniya səfirliyinin postunu xatırladıb və bu mesajı kəmağıllıq və cəsarət nümunəsi adlandırıb.
“Böyük Britaniya səfirliyinə belə bir sualım var: səfiriniz çoxdan Smolensk meydanında olub? Onu görmək bizə zövq vermir, amma bu dayanmasa, qarşısının alınması üçün ona zəng edə bilərik”, - diplomat yazıb.
O vurğulayıb ki, kimin kimə “aid olması” və kimin kiminlə olmaq istəməsi barədə qərarı “bir az yerindən tərpənmiş Britaniya tacı” deyil, Rusiya vətəndaşları verir.
Rusiyada prezident seçkiləri martın 15-də başlayıb. Seçkilər martın 17-si saat 20:00-a qədər davam edəcək. Seçicilər dörd namizəddən birinə səs verə bilərlər. Prezidentlik kürsüsü uğrunda hazırkı dövlət başçısı Vladimir Putin, kommunist Nikolay Xaritonov, liberal-demokrat Leonid Slutski və "Yeni adamlar" partiyasının namizədi Vladislav Davankov mübarizə aparırlar.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev - Sputnik Azərbaycan, 1920, 16.03.2024
Rusiyada prezident seçkiləri
Medvedev: Prezident seçkilərində nizam-intizamı pozanlar vətənə xəyanət edirlər
Xəbər lenti
0