CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

MN-də mənimsəməyə dair məhkəmədə: Rəis dedi ki, heç olmasa, yarısını versin

© iStock.com / gorodenkoffMəhkəmə, arxiv
Məhkəmə, arxiv - Sputnik Azərbaycan, 1920, 08.04.2024
Abunə olmaq
Hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs və şahidlər ifadə verib.
BAKI, 5 aprel - Sputnik. Müdafiə Nazirliyinin (MN) Hərbi Polis idarəsinin, həmçinin bir neçə hərbi hissənin maliyyə-xidmət rəisi işləmiş və 1 milyon 900 min manat mənimsəmədə təqsirləndirilən Sadiq Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report” xəbər verir ki, hakim Camal Ramazanovun sədrliyi ilə keçirilən məhkəmə iclasında təqsirləndirilən şəxs və şahidlər ifadə verib.
Müttəhim Sadiq Hacıyev məhkəmə iclasında özünü qismən təsirli bilib. O, deyib ki, maliyyə hesablamalarında səhv var. Bu barədə istintaqda da bildirib. Onun sözlərinə görə, xidmət etdiyi hərbi hissədə maliyyə yoxlamasının qeyd etdiyi rəqəmlərdə də səhv var imiş. Arxiv sənədlər məhv olduğu üçün bunu sübut edə bilməyib.
“Hərbi hissədə kartlar var idi. Pulları həmin kartlara vuraraq nağdlaşdırıb ələ keçirirdik. Pulların 70 faizini korpusun maliyyə xidmət rəisi Rövşən Əliyevə verirdim. R.Əliyev deyirdi ki, bu qədər artıq yaz, biz də yazırdıq. Bunlar barədə MN-in maliyyə-büdcə idarəsinin də xəbəri var idi. Birinci təftişə Rüfət Quliyev gəlmişdi. O, heç bir sənədə baxmırdı. Pulu Rövşən Əliyev bölürdü və ondan da 30 faizi mənə qalırdı, həmin puldan hərbi hissənin müəyyən xərclərinə də ayırırdım. İşlədiyim hərbi hissələrin birində 200 min manata qədər çatışmazlıq var idi. Hərbi Polis İdarəsində də eyni qayda ilə işləyirdik. İdarəyə təftişə Səfər Şıxəliyev gəlmişdi. Ona 45 min manat pul vermişdim. Hərbi Polis İdarəsində müəyyən olunan 772 min manat çatışmazlıqdan 90 min manatını xüsusi tapşırıqla vermişdim”, - o, bildirib.
S.Hacıyev istintaqda bildirib ki, mənimsənilən pullardan 20 faizi təminata, 40 faizi təftişə, qalanı da özlərinə qalıb.
Şahid Süleyman Abbasovun sözlərinə görə, təftiş vaxtı MN-in maliyyə idarəsində maliyyələşmə şöbəsinin rəisi vəzifəsində işləyib. S.Hacıyevi xidmət vaxtı tanıyıb. Korpusun sabiq maliyyə xidmət rəisi Bayram Bayramovdan 520 min manat pul alaraq Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi Nizami Məmmədova verib. Mənimsənilən pullardan 64 min 580 manatı ona qalıb. Müəyyən miqdarını ödəyib qalanını da ödəyəcək.
Nazirliyin Maliyyə və Büdcə idarəsində, eləcə də Mənzil-İstismar idarəsində işləmiş Həsən Paşayev deyib ki, təftişə gələndə 18 min manat çatışmazlıq aşkar olunmuşdu:
“Çatışmazlığı Rafael Xələfova məruzə etdim, o, dedi ki, heç olmasa yarısını versin. Mən də Sadiq Hacıyevdən 9 min manat alıb R.Xələfova verdim. O, bidirdi ki, çatışmayan məbləği sənədə qeyd etməyim”.
S.Hacıyev şahidin sözlərinə əlavə olaraq deyib ki, təftişçilər 18 min manat çatışmazlığı silmək üçün 9 min manat pul istəyib. Bu puldan korpusun maliyyə rəisinin xəbəri olmayıb.
Şahid S.Abbasov qeyd edib ki, onun dövlətə vurduğu ziyan 850 min manat məbləğində hesablanıb. Bu puldan müəyyən miqdarını ödəyib, qalanını da ödəyəcək.
Məhkəmə iclasında şahid qismində ifadə verən Səfər Şıxəliyev deyib ki, 2014-2019-cu ildə MN-in Nəzarət və Təftiş şöbəsində baş inspektor işləyib. Təftiş vaxtı 140 min manat pozuntu aşkar olunub. O, 47 min manat alaraq R.Xələfova verib.
“Hərbi Polis İdarəsində 150 min manat çatışmazlıq aşkar etmişdik. Bu barədə R.Xələfova məruzə edəndə dedi ki, məbləğin 30 faizini al gətir. Rəis dedi ki, təftiş sənədlərinə təmiz yaz, mən də yazdım”, - o bildirib.
Qeyd edək ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsi və bir neçə hərbi hissəsində maliyyə xidmətinin rəisi olub. O, Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə 1 milyon 900 min manat mənimsəməkdə ittiham olunur.
Xatırladaq ki, Sadiq Hacıyev Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general Nizami Məmmədov və digərləri barəsində olan 143 milyon manatlıq mənimsəmə ilə bağlı keçirilən məhkəmədə şahid qismində dindirilib.
05.04.24
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər ifadə verib.
Şahid Vüqar Cəfərov bildirib ki, yoxlamalar zamanı 2 hərbi hissədə maliyyə xidmət rəisi işləyib. Mənimsənilən məbləğdən onun üzərinə 99 min 600 manat pul düşüb. Onu da tam ödəyib.
“İşlədiyim ikinci hərbi hissədə yoxlama olmayıb. Mənimsənilən məbləğlərin 20-50 faiz nisbətinə görə bölünürdü. İstintaq dövründə mənim mənimsədiyim pul 124 min manat məbləğində göstərilmişdi. Sonradan bildirdim ki, həmin pulun təxmini 20 faizini Süleyman Abbasova vermişəm. Mən işlədiyim dövrdə bir dəfə xüsusi tapışırıq olmuşdu. Ümumi puldan 35 min manatını da həmin xüsusi tapşırıq əsasında vermişəm, - o, deyib.
Şahid Bəxtiyar Ələkbərov bildirib ki, 2021-ci ilin mart ayından Müdafiə Nazirliyinin hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyib. Həmin hərbi hissədə 224 min 365 manat çatışmazlıq aşkar olunub. O, təftişə cəmi bir dəfə pul verdiyini və mənimsənilən pullardan öz üzərinə düşən məbləği tam ödədiyini deyib.
Məhkəmə iclasında şahid qismində ifadə verən Elman Mirzəyev deyib ki, təftiş vaxtı həbi hissələrin birində maliyyə xidmət rəisi işləyib. O, həmin hərbi hissədə 658 min manatdan çox pul mənimsənildiyini, 91628 manatının onun üzərinə düşdüyünü və həmin məbləği də büdcəyə tam ödədiyini bildirib.
Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında maliyyə xidmət rəisi işləyən Hüseyin Yusibov bildirib ki, hospitalda yoxlamalar zamanı 3 milyon manat çatışmazlıq aşkar olunub:
“Həmin puldan 1 milyon 235 min manat mənə qalıb, qalan pulları təftişə və maliyyələşməyə vermişəm. Mənim üzərimə düşən məbləğin 380 min manatını büdcəyə ödəmişəm qalanını da ödəyəcəyəm.”
O, həmçinin vurğulayıb ki, 335 min manat pulu xüsusi tapşırıqla müəyyən adamlara verib.
Şahid Füzuli Ələkbərli deyib ki, təftiş dövründə 3 hərbi hissədə maliyyə xidmət rəisi işləyib. Onun sözlərinə görə, işlədiyi hərbi hissələrin hamısında mənimsənilən pulların bölüşdürmə standartları eyni olub.
“Pulların 65 faizini Cəlal Kazımova vermişəm, 35 faizi isə özümə qalıb. Rəisimiz bölgünü belə təyin etmişdi. Bir hərbi hissədə çatışmazlıq təxmini 400 min manatdan çox idi. İşlədiyim digər hərbi hissədə isə 693 min manat mənimsəmə faktı müəyyən olunmuşdu. Bütün hərbi hissələrdəki mənimsənilən pullardan 500 min manatı mənə qalıb, 100 min manatını büdcəyə qaytarmışam, qalanını da qaytaracam.”
Müttəhim Cəlal Kazımov şahid F.Ələkbərlinin ifadələrinə etiraz edərək onun sözlərinin yalan olduğunu deyib:
“Kişi ol! düz danış! Bu adam yalan və absurd ifadələr verir. Bunun belə görünməyinə baxmayın, özündən yeni şeylər kəşf edib, ənənəvi sistemdən fərqli işləyib.”
Şahid F.Ələkbərli vəkillərin suallarını cavablandırarkən müəyyən olunub ki, onun mənimsənilən pullarla bağlı bildirdiyi məbləğin hamısı Cəlal Kazımovun dövrünə düşməyib. O, daha sonra həmin pullarla bağlı bildirdiyi məbləğin işlədiyi bütün dövrləri əhatə etdiyini deyib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
16.03.24
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahidlər dindirilib.
Şahid Murad İmanov bildirib ki, təftiş dövründə Müdafiə Nazirliyinin hərbi hissələrinin birində maliyyə xidmət rəisi işləyib. O, heç kimdən tapşırıq almadığını, mənimsənilən pulları köçürmək üçün 15 nəfərin adına bank hesabı açdırdığını, lakin pulların yalnız bir hesaba köçürüldüyünü bildirib.
“Hərbi hissədə maliyyə pozuntusu etmişik. Dövlət ittihamçısı mən işlədiyim müddətdə 193 min manata yaxın pul mənimsənildiyini bildirdi, lakin mənə görə, cəmi 150 min manat pul mənimsənilib. Həmin pullardan 70 faizini rəisə - Vüsal Əlizadəyə vermişəm. Hələ ki, mənim üzərimə düşən vəsaiti büdcəyə qaytarmamışam, yaxın vaxtda ödəyəcəyəm”, - o deyib.
Müttəhim Vüsal Əlizadə etiraz edərək bildirib ki, mənimsənilən pullardan 20 faizi maliyyələşməyə, 10 faizi təftişə, 20 faizi ona verilib. Onun sözlərinə görə, yerdə qalan 50 faizini isə M.İmanov özünə götürüb.
Sözügedən dövrdə MN-in hərbi hissələrinin birində maliyyə xidmət rəisi işləyən şahid Vüqar Qurbanov həmin dövrdə mənimsənilən 92 min manatdan 59 mininin ona qaldığını deyib, 25 min manat büdcəyə qaytardığını, qalanını da yaxın vaxtda qaytaracağını bildirib.
Şahid Təyyar İmanov isə deyib ki, təftiş dövründə 2 hərbi hissədə maliyyə xidmət rəisi işləyib:
“Həmin vaxt korpusun maliyyə xidmət rəisi mərhum Rövşən Əliyev idi. Pulların 70 faizini ona vermişəm, 30 faizi mənə qalıb. Yoxlamalar zamanı işlədiyim birinci hərbi hissədə 835 min manat pulun mənimsənildiyi müəyyən olunmuşdu. Digər hərbi hissədəki çatışmazlıq 930 min manat məbləğində idi. Bu puldan da 70 faizini R.Əliyevə vermişdim. Mənimsənilən pullardan 500 min manata yaxın məbləğ mənim üzərimə düşür. Hələ ki büdcəyə heç nə qaytarmamışam, yaxın vaxtda ödəyəcəyəm”.
Təftiş dövründə Hərbi hissələrin birində maliyyə rəisinin köməkçisi işləyən Fərid Qulaviyev bildirib ki, yoxlamalar zamanı müəyyən olunan maliyyə çatışmazlığından 125 min manatı onun üzərinə düşür. Həmin pulu da dövlət büdcəsinə tam qaytarıb.
“F.Qulaviyevin işlədiyi hərbi hissələrin birində 1 milyon 245 min manat mənimsəmə faktı aşkarlanmışdı. Bu puldan 215 min manatı mənim, qalanı isə Rasim İbrahimovun dövrünə düşüb. Bizim iş prinsipimiz fərqli idi”, - deyə müttəhim Cəlal Kazımov şahid F.Qulaviyevin ifadəsinə cavab olaraq bildirib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
02.03.24
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
“Report”un xəbərinə görə, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə İş üzrə təqsirləndirilən Fərahim Sərkərov ifadə verib.
O bildirib ki, təftiş dövründə hərbi hissələrin birində maliyyə xidmət rəisi işləyib:
“Qeyd olunan cinayət işi üzrə saxlanılmışdım. Dövlətə dəyən ziyanı tam ödədiyim üçün 2022-ci ilin oktyabr ayında azadlığa buraxılmışam. Xidmət etdiyim hərbi hissədə yoxlamalar zamanı 590 min manat çatışmazlıq aşkar olunmuşdu. O məbləğdən 208 min manatı mənə qalıb. Qalan pulları Rasim İbrahimov və Cəlal Kazımova vermişəm”.
“Mənimsənilən pulları həm nağd, həm də kartlara vuraraq ələ keçirirdik. Müxtəlif adamların adına 13-14 ədəd kart hesabları açdırmışdım”, - o deyib.
F. Sərkərov Dövlət Təhlükəsizlik Xidmətində istintaqa verdiyi ifadədə Cəlal Kazımova müxtəlif vaxtlarda hər dəfə 5 və 8 min manat olmaqla bir neçə dəfə pul verdiyini deyib.
C. Kazımov bildirib ki, F. Sərkərovdan həmin vaxt təftişə vermək üçün cəmi 15 min manat pul alıb. Həmin pulu Rafael Xələfova o da Namiq Poladova verib.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır. Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib. Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər birinə Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
24.02.24
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən N saylı hərbi hissənin maliyyə xidmət rəisi Şirin Şükürov deyib ki, onlar əlavə sifarişlər yazıblar.
"Hamı kimi biz də eyni qaydada işləmişik. Əlavə yazılan pullardan təftiş zamanı 70 faizini vermişəm, 30 faizi mənə qalıb. 2017-2021-ci illərdə aparılan ümumi təftişlər zamanı 1 milyon 600 min manat ümumilikdə mənimsəmə müəyyən edilib. Xidmət etdiyim hərbi hissə birbaşa nazirliyə tabe olub. Bu işlərin görülməsi üçün heç kimdən tapşırıq almamışam", - o bildirib.
Şahid deyib ki, ümumi mənimsənilən məbləğdən ona 600 min manat pul qalıb:
“33 min manatını ödəmişəm. Vəsaitin tam ödənilməsi üçün vaxt istəmişəm. Yaxın müddət ərzində vurulan ziyanı tam ödəyəcəm. Hamı kimi mənə də aydındır ki, öhdəmizə düşən pulu ödəməliyik. Yaxın vaxtlarda ödəyəcəm”.
Prosesdə şahid qismində dindirilən hazırda da nazirliyinin müvafiq idarəsində maliyyə xidmət rəisi işləyən Tərlan Əliyev dindirilib. O bildirib ki, hadisələr zamanı Hərbi Akademiyada maliyyə xidmətinin rəisi olub:
"Maliyyə Nazirliyinin apardığı yoxlamalar zamanı işlədiyim dövrdə 1 milyon 500 min manat mənimsəmə müəyyən edilib. Həmin puldan 500 min manat mənə çatıb. Həmin məbləği tam olaraq ödəmişəm və ziyan qalmayıb".
Şahid deyib ki, Maliyyə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfova 4 dəfəyə, hər dəfə 30-35 min manat olmaqla pul verib: “Bununla bağlı Dövlət Təhlükəsizliyi Xidmətində Rafael Xələfovla üzləşməmiz olub. Rafael Xələfov 2 dəfə pul götürdüyünü deyib. Lakin mən isə ona ayrı-ayrı vaxtlarda 4 dəfə pul verdiyimi demişəm. Üzləşmə zamanı dedim ki, birinci dəfə nazirliyin qabağında özünə, ikinci dəfə isə maşınla gələn şəxsə vermişəm. İki dəfə isə Rövşən Əliyev tərəfindən Rafael Xələfova pul göndərmişəm”.
Vəkillər və prokurorların suallarını cavablandıran şahid işlədiyi dövrdə 16 nəfər qohumunun adına əməkhaqqı kartı açdığını etiraf edib.
Lakin istintaq dövründə məlum olub ki, şahid Tərlan Əliyev 25 nəfər qohumunun adına əməkhaqqı kartı açıb. Həmin kartlar həyat yoldaşı, qardaşı, bacısı və digər yaxın qohumlarının adına olub.
Prosesdə şahid qismində dindirilən Elçin Mustafayev deyib ki, işlədiyi hərbi hissədə yoxlamalar zamanı 528 min manat ziyan müəyyən edilib və o məbləğin 170 min manatı ona çatıb:
"Zərərdən 25 min manat ödəmişəm. Evimi satılığa qoymuşam. Zərəri tam ödəcəyəm".
Şahid tərəflərin suallarını cavablandıran zaman deyib ki, artıq pulları “ölü canlar” olan kart hesabları vasitəsilə mənimsəyiblər:
"Həmin kartların yaradılması barədə o vaxt Cəlal Kazımov göstəriş vermişdi. Amma müəyyən müddətdən sonra Cəlal Kazımov dedi ki, daha bu kartlardan istifadə etməyək. Bu kartlar vasitəsi ilə 15 min manat əlavə əməkhaqqı yazılıb. Bunun da 13 min manatını Cəlal Kazımova vermişəm".
Bu vaxt təqsirləndirilən Cəlal Kazımov şahidin ifadəsinə etiraz edib və onun yalan danışdığını bildirib.
Cəlal Kazımov ümumiyyətlə Elçin Mustafayevin fəaliyyətini yoxlamadığını deyib. O bildirib ki, Elçin Mustafayevin fəaliyyətini Rafael Xələfov yoxlayıb.
Cəlal Kazımov həmçinin, 2020-ci ilin yanvar-noyabr ayları ərzində ayrılan pulların siyahısını açıqlayıb.
Proses martın 1-də davam edəcək.
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
10.02.24, 20:30
Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam edib.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində 3 hərbi hissədə maliyyə xidməti rəisi vəzifəsində işləmiş Vüsal Məmmədli ifadə verib.
O bildirib ki, çalışdığı ilk hərbi hissədə ümumilikdə 657 min manat mənimsəmə faktına yol verilib: “Hərbi hissədə yoxlamalar aparılıb. Aparılan yoxlamalar zamanı aşkar olunan əlavə vəsaitlərin 30 faizini təftişə, 20 faizini isə maliyyələşməyə vermişəm. Yerdə qalan 50 faiz vəsait mənə çatıb. Digər hərbi hissələrdə də eyni qaydada çalışmışam".
Şahid deyib ki, üç hərbi hissədə ümumilikdə 1 milyon 500 min manata yaxın ziyan üzə çıxıb: "Bu pulun 600 min manatı mənə çatıb. Həmin məbləğdən 150 min manat istintaq dövründə, sonra da 70 min manat, ümumilikdə 220 min manat dövlət büdcəsinə ödəniş etmişəm. Pulun geridə qalan hissəsini də ödəyəcəm".
V.Məmmədli qeyd edib ki, hərbi hissələrə təftişə gələnlərə Maliyə və Büdcə idarəsinin təftiş şöbəsinin rəisi Rafael Xələfov rəhbərlik edib və veriləcək məbləğləri o təyin edib.
Daha sonra şahid qismində ifadə verən Mirseyid Eyvazov bildirib ki, əvvəlcə idarədə təftişçi vəzifəsində çalışıb. O, Rafael Xələfovun rəhbərliyi ilə hərbi hissələrə təftişə getdiyini bildiririb: “Misal üçün, alınan pulların 20 min manatı Rafael Xələfova, 10 min manatı isə mənə çatıb".
M.Eyvazov bildirib ki, 2020-2022-ci illərdə hərbi polisdə maliyyə xidmətinin rəisi olub: "Həmin dövr üçün aparılan maliyyə təftişləri zamanı 1 milyon 300 min manat əlavə vəsait üzə çıxıb. Biz maliyyə hesabı açırdıq. Həmin hesaba pullar köçürülürdü. Həmin vəsaitlərlə bağlı əlavə hesablar da yaradırdıq. Bu pullar bizə qalırdı. Yoxlamaya gələnlərə həmin vəsaitdən 30 faiz verirdik. Əvvəl yoxlamaya Süleyman Abbasov gəlib. Mən də pulu ona vermişəm. Daha sonra isə Sadiq Sadıqov yoxlamaya gəlib. Ona da eyni vəsait vermişik”.
Şahid deyib ki, Maliyyə Nazirliyinin apardığı yoxlamalarda iştirak edib. O, yoxlamaların nəticələrindən razı qaldığını, yoxlama nəticəsində ona 700 min manat çatdığını bildirib.
Hazırda MN-in Təlim Tədris Mərkəzində müəllim işlədiyini deyən digər şahid Səbuhi Məmmədov qeyd edib ki, Cəmşid Naxçıvanski adına hərbi liseydə maliyyə xidmətinin rəisi olub. O bildirib ki, 2015-2020-ci illər ərzində hərbi liseydə aparılan yoxlamalar zamanı 3 milyon 450 min manat əlavə vəsait üzə çıxıb.
S. Məmmədov qeyd edib ki, hərbi liseydə 57 nəfər qeyri-müəyyən şəxsin adına kartlar açıblar, bundan sonra pullar həmin kartlara köçürülüb. O, real olmayan şəxslərin adına kartlar almalarını belə izah edib: “Biz özümüzdən 8 rəqəm yazırdıq. Həmin 8 rəqəmli kodu banka təqdim etməklə kart alırdıq. Kart sahibləri naməlum şəxslər olub, adlar bizim tərəfimizdən uydurulmuşdu”.
O, daha sonra iki hərbi hissədə maliyyə xidmətinin rəisi olduğunu qeyd edib və bildirib ki, yoxlamalar zamanı hərbi hissələrdən birində 120 min, digər hərbi hissədə isə 20 min manatın mənimsənilməsi müəyyən edilib.
Şahid qeyd edib ki, işlədiyi dövrdə Rafael Xələfov ondan 10 min manat əlavə pul istəyib və həmin vəsaiti alıb: “Təftişə Rövşən Əliyev gəlmişdi. Ona 690 min manat verdim. Sonra Rafael müəllim məndən 10 min manat istədi. Bunu 700 min manat verməli olmağım ilə izah etdi. Mən də ona əlavə olaraq 10 min manat verdim”.
Şahid daha sonra qeyd edib ki, yoxlamaya gələn Sadiq Sadıqova 600 min manat verib: “Həmin pulu idarəyə çatdırmalı idi. Amma pulu idarəyə vermədiyi sonradan mənə məlum oldu. Bunu da Rövşən Əliyev yoxlamaya gələndə bildik. Məni idarəyə çağırdılar. Bu barədə məndən soruşdular. Mən də dedim ki, Sadıq Sadıqova vermişəm”.
S.Məmmədov bildirib ki, Nizami Məmmədovun bu işlərlə bağlı ona heç bir göstərişi olmayıb.
Şahidin sözlərinə görə, aşkar olunan əlavə pulun 90 faizini yoxlama və təftişə gələnlərə verib, 10 faizi isə onun özünə çatıb. O, fəaliyyətinin Maliyyə Nazirliyi tərəfindən yoxlanıldığını bildirib: “Bu yoxlama zamanı tərəfimdən dövlətə 399 min manat ziyan vurmağım üzə çıxıb. Bu ziyanın da 20 min manatını ödəmişəm”.
Proses fevralın 16-da davam etdiriləcək (APA).
Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvəllərinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.
Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.
Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.
Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.
Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.
20.04.23, 18:12
Müdafiə Nazirliyində mənimsəməyə görə tutulanların həbs müddəti 6 ay uzadılıb
Müdafiə Nazirliyinin mənimsəmədə ittiham olunan Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi, general-mayor Nizami Məmmədov, keçmiş zabitlər – nazirliyin Maliyyə idarəsinin şöbə rəisi Rafael Xələfov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmət rəisi Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin rəisi Bayram Bayramov və Maliyyə idarəsinin zabiti Vüsal Əlizadə, Azərbaycan ordusunun Təlim-Tədris Mərkəzinin Maliyyə xidməti rəisi Rəşad Məlikzadə barəsində cari həbsdə saxlama müddəti başa çatıb.
APA-nın əldə etdiyi xəbərə görə, cinayət işləri ilə bağlı ibtidai istintaq hərəkətlərinin davam etməsi ilə əlaqədar həbs müddətlərinin uzadılması üçün DTX İstintaq Baş idarəsi məhkəməyə vəsatət göndərib və Bakı Hərbi Məhkəməsi vəsatəti əsaslı hesab edib.
Qərara əsasən, təqsirləndirilən şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti iri həcmli iş üzrə daha 6 ay uzadılıb.
Xatırladaq ki, təqsirləndirilən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri zamanı saxlanılıb. Onlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham verilib.
Xəbər lenti
0