Dövlət Bayrağı meydanı - Sputnik Azərbaycan, 1920
AZƏRBAYCAN XƏBƏRLƏRİ
Azərbaycana dair ən son xəbərlər və aktual məqalələr

Əli Əsədov Gürsüstana səfərə dəvət edilib

© SputnikƏli Əsədov
Əli Əsədov - Sputnik Azərbaycan, 1920, 16.03.2024
Abunə olmaq
Kobaxidze Əli Əsədovu Gürcüstana səfərə dəvət edib, ölkəsinin Cənubi Qafqazda sülh və əmin-amanlığın təmin edilməsi üçün səylərini davam etdirməyə hazır olduğunu bəyan edib.
BAKI, 16 mart - Sputnik. Bakıda səfərdə olan Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycandan olan həmkarı Əli Əsədovla görüşüb.
“Report”un verdiyi xəbərə əsasən, baş nazirlər ikitərəfli münasibətləri müzakirə ediblər.
Tərəflər strateji əməkdaşlıq, iqtisadi-ticari əlaqələrin dərinləşməsi, birgə regional layihələr, Orta dəhlizin inkişafı mövzuları ətrafında müzakirə aparıblar.
İ.Kobaxidze Əli Əsədovu Gürcüstana səfərə dəvət edib, ölkəsinin Cənubi Qafqazda sülh və əmin-amanlığın təmin edilməsi üçün səylərini davam etdirməyə hazır olduğunu bəyan edib.
Xəbər lenti
0