Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

MKİ Rusiyada təxribat cəhdlərini davam etdirir - Peskov

© Sputnik / Сергей Гунеев / Mediabanka keçidRusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov
Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
Peskov ABŞ kəşfiyyat xidmətlərinin son illərdə Pekinə münasibətdə oxşar praktikaya əl atdığını istisna etməyib.
BAKI, 15 mart — Sputnik. ABŞ kəşfiyyat orqanları uzun illərdir ki, Rusiyada təxribat xarakterli fəaliyyətlər həyata keçirməyə çalışırlar və bu günədək bu səylərindən əl çəkmirlər. Bu barədə jurnalistlərə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Biz uzun illərdir ki, oxşar fəaliyyətlərlə üzləşmişik. ABŞ-ın müvafiq qurumlar və xüsusi xidmət orqanları ölkəmizdə təxribatlar etməyə çalışırlar" - Kreml nümayəndəsi MKİ-nin Çindəki təxribatçı fəaliyyəti ilə bağlı mətbuatda yayılan xəbərləri şərh edərkən deyib.

Peskov ABŞ kəşfiyyat xidmətlərinin son illərdə Pekinə münasibətdə oxşar praktikaya əl atdığını istisna etməyib.
ABŞ-ın dağıdıcı fəaliyyətinə qarşı mübarizə haqqında danışarkən, o qeyd edib ki, Rusiyanın daxili siyasi mənzərəsini və cəmiyyətini müdaxilə cəhdlərindən qorumaq üçün atılan qətiyyətli addımlar ABŞ kəşfiyyat xidmətlərinin işini bir çox cəhətdən praktiki olaraq minimuma endirməyə imkan verib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0