SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Azərbaycan və İran tarixi Xudafərin körpüsünün bərpasını müzakirə edib

© AFP 2023 / STRINGERXudafərin körpüsü
Xudafərin körpüsü - Sputnik Azərbaycan, 1920, 15.03.2024
Abunə olmaq
Azərbaycanlı nazirin Tehranda həmkarı Əli Əkbər Mehrabian ilə iki ölkənin enerji əməkdaşlığının inkişafı ilə bağlı məhdud və geniş tərkibdə səmərəli görüşü olub.
BAKI, 15 mart — Sputnik. Azərbaycan və İran arasında tarixi Xudafərin körpüsünün bərpası müzakirə edilib. Bunu energetika naziri Pərviz Şahbazov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Tehranda həmkarım Əli Əkbər Mehrabian ilə iki ölkənin enerji əməkdaşlığının inkişafı ilə bağlı məhdud və geniş tərkibdə səmərəli görüşümüz oldu. Xudafərin və Qız Qalası hidroqovsaqları və su elektrik stansiyasıları, Ordubad SES layihələrinin icrası, Azərbaycan, İran və Rusiya enerji körpüsünün yaradılması, elektrik enerjisinin mübadiləsi, tranziti, habelə tarixi Xudafərin körpüsünün bərpası məsələlərini müzakirə etdik" - deyə o qeyd edib.

İranlı həmkarının dəvəti ilə Azərbaycan Respublikasının energetika naziri cənab Pərviz Şahbazov başçılıq etdiyi nümayəndə heyəti ilə birgə enerji sahəsində iki ölkə arasında əməkdaşlığın inkişafı ilə bağlı müzakirələr və fikir mübadiləsi aparmaq üçün Tehrana səfər edib.
Qeyd edək ki, Azərbaycan tərəfi üçün qoyuluş gücü 100 MVt olan “Xudafərin” və 40 MVt olan “Qız Qalası” su elektrik stansiyaları və hidroqovşaqlarının istismara verilməsi nəticəsində illik 358 milyon kVt·st elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 12 min hektar yeni əkin sahələrinin suvarılması təmin ediləcək.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0