Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Sabah "Bayer" – "Qarabağ" oyunu keçiriləcək

© Sputnik / Murad Orujov "Qarabağ" - "Bayer" matçında iyun epizodu
 Qarabağ - Bayer matçında iyun epizodu - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Abunə olmaq
UEFA-nın rəsmi saytına əsasən, Almaniyada keçiriləcək oyun İngiltərədən olan hakimlər briqadasına həvalə olunub.
BAKI, 13 mart — Sputnik. UEFA Avropa Liqasının səkkizdəbir final mərhələsinin cavab matçı çərçivəsində keçiriləcək "Bayer" – "Qarabağ" oyununun hakimləri açıqlanıb.
UEFA-nın rəsmi saytına əsasən, Almaniyada keçiriləcək oyun İngiltərədən olan hakimlər briqadasına həvalə olunub.
Matçda ədaləti Entoni Teylor qoruyacaq. Ona yan xətt hakimləri Qari Besvik və Adam Nunn kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Endryu Madli yerinə yetirəcək.
Qeyd edək ki, martın 14-də keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Xatırladaq ki, komandalar arasında Bakıda keçirilən görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşmışdı.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0