Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya Ermənistandan diplomatik kanallar vasitəsilə bildiriş almayıb - Zaxarova

© Sputnik / Станислав КрасильниковMariya Zaxarova, arxiv
Mariya Zaxarova, arxiv - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Abunə olmaq
Rusiya Xİn sözçüsü bildirib ki, sözügedən bildiriş Ermənistan tərəfinin bir sıra qeyri-dost addımları fonunda verilib.
BAKI, 13 mart — Sputnik. Rusiya Ermənistandan sərhədçilərinin Zvartnots hava limanından çıxarılması ilə bağlı diplomatik kanallar vasitəsilə bildiriş almayıb, bu məsələ ilə bağlı qərar idarələrarası araşdırmanın nəticələrinə əsasən veriləcək.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə RİA Novosti-nin sualını cavablandırarkən bildirib.

"Biz Ermənistan rəhbərliyinin bu mövzu ilə bağlı şərhlərini gördük. Müvafiq bildiriş qurum xətti ilə göndərilib, diplomatik kanallar vasitəsilə bizə heç nə daxil olmayıb. Bütün qərarların qurumlararası araşdırmanın nəticələrinə əsasən verilməsinə tərəfdarıq. Qeyd etmək istərdik ki, sözügedən bildiriş Ermənistan tərəfinin bir sıra qeyri-dost addımları fonunda verilib. Belə bir təşəbbüs çətin ki, Ermənistanın və onun vətəndaşlarının təhlükəsizlik maraqlarına cavab versin" - Zaxarova deyib.

Paşinyan martın 12-də keçirdiyi mətbuat konfransında bildirib ki, İrəvanın “Zvartnots” hava limanında sərhəd nəzarətinin həyata keçirilməsində Rusiyanın köməyinə ehtiyac yoxdur.
O, həmçinin əlavə edib ki, “Zvartnots”dakı xidmətlərinə görə, Rusiya hərbçilərinə minnətdarlıq edib, ancaq bundan sonra onların dəstəyinə ehtiyac yoxdur.
Paşinyan aydınlaşdırıb ki, ölkədə dövlət institutları inkişaf edir, bunun nəticəsində Ermənistan sərhəd xidməti İrəvan hava limanında sərhəd nəzarətini müstəqil həyata keçirmək üçün kifayət qədər imkan və təcrübə əldə edib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0