CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Övladı oruc tutan valideynlərə xəbərdarlıq!

© AFP 2023 / AHMAD GHARABLIoruc
oruc - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Abunə olmaq
Eksklüziv
Nəsib Quliyev deyib ki, oruc tutan uşaqlarda dərsin mənimsənilməsində də problemlər meydana çıxır.
BAKI, 13 mart — Sputnik. "Uşaqların oruc tutması onların böyüməkdə olan orqanizmi üçün təhlükəlidir. Oruc tutan uşaqlarda immun sistemi zəiflədiyindən onlar xəstəliklərə daha tez yoluxa bilirlər".
Bu sözləri Sputnik Azərbaycan-a açıqlamasında Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev Sputnik Azərbaycan-a bildirib. O, deyib ki, uşaq yaşı böyüməkdə olan orqanizm üçün ən həssas dövrdür. Bu dövrdə uşaqlarda inkişaf intensiv gedir.
© Sputnik / Irade JELILÖlkənin baş pediatrı Nəsib Quliyev
Ölkənin baş pediatrı Nəsib Quliyev - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Ölkənin baş pediatrı Nəsib Quliyev

"Buna görə də uşaqlar tez-tez qidalanmalı, susuz qalmamalıdır. 18 yaşa çatmamış şəxslər uşaq sayıldığından onların bu yaşa qədər oruc tutması tibbi baxımdan tövsiyyə olunmur. Oruc uşaqların immun sisteminin zəifləməsinə səbəb ola bilər" - Nəsib Quliyev bildirib.

Həkim əlavə edib ki, oruc tutan uşaqlarda dərsin mənimsənilməsində də problemlər meydana çıxır:

"Orqanizmin yorğun olduğundan, yeni məlumatları qavramaq çətinləşir. Ona görə də, uşaq yaşda oruc tutmasınlar".

Pediatr Vaqif Qarayev də bildirib ki, yuxu və qida rejimi uşağın sağlamlığı üçün çox vacibdir.
"Bəzən məktəbli uşaqlatr oruc tuturlar. Yaxud da valideynləri tərəfindən oruc tutmağa məcbur edilirlər. Oruc üzgün qidalanmayan uşaqların sağlamlığında yeni problemlər yaradır" - deyə pediatr bildirib.
Qeyd edək ki, Ramazan ayında oruc tutmaq hər bir müsəlmanın Allah qarşısında borcudur. Oruc sübh azanından məğrib azanına qədər davam edir. Oruc tutan şəxs gərək aşağıdakı işlərdən çəkinsin, əks təqdirdə orucu pozulacaq:
Qəsdən yemək və içmək;
Allahın, peyğəmbərin (s) və imamların adından yalan danışmaq;
Qatı toz və qatı tüstü udmaq;
Başı suya salmaq;
Özünü qusdurmaq;
Cinsi yaxınlıq;
Özünü cinsi ləzzətə çatdırmaq;
İmalə etdirmək;
Sübh azanına qədər cənabət, heyz və nifas qüslu almamaq.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0