CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bu il Azərbaycanda 34 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb

© AP Photo / Matt RourkeNarkotik, arxiv
Narkotik, arxiv - Sputnik Azərbaycan, 1920, 13.03.2024
Abunə olmaq
Hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1980 cinayət faktı aşkarlanıb.
BAKI, 13 mart — Sputnik. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi qrupu Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-fevral aylarının yekununa dair məlumat yayıb.
Qrupdan verilən məlumata görə, cari ilin yanvar-favral ayları ərzində narkomanlığa və narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizənin nəticələri Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən müqayisəli şəkildə təhlil edilərək ümumiləşdirilib.
Hüquq-mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 1980 cinayət faktı aşkarlanıb. Onlardan 566-sı narkotik vasitələrin qanunsuz satışı, 1411-i narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 3-ü narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi ilə bağlı olub.
Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 1 ton 212 kq 963,32 qr narkotik vasitələrin və psixotrop maddələrin 156 kq 764,35 qr-nı heroin, 956 kq 069,646 qr-nı marixuana, 22 kq 542,606 qr-nı tiryək, 22 kq 849,45 qr-nı həşiş, 53 kq 320,665 qr-nı psixotrop maddələr, 1 kq 416,6 qr-nı digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 690 ədəd həb metadon, 186,3 qr güclü təsir edən maddə və 6 ədəd çətənə kolu qanunsuz dövriyyədən götürülüb.
2024-cü ilin yanvar-fevral ayları ərzində qanunsuz dövriyyədən çıxarılmış 1 ton 212 kq 963,32 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 34 milyon 344 min AZN kimi qiymətləndirilir.
Məsuliyyətə cəlb edilmiş 17 xarici ölkə vətəndaşı olub. Xarici ölkə vətəndaşlarından ümumilikdə 96 kq 387,564 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə götürülüb.
Hüquq-mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 43 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 500 kq 432,751 qr və 690 ədəd həb metadon narkotik vasitələr və psixotrop maddələr çıxarılıb.
Ümumilikdə, aşkar edilmiş cinayətlərin 40-ı qrup halında törədilmiş və həmin faktlar üzrə qanunsuz dövriyyədən çəkisi 331 kq 448,9 qr narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
249 cinayət faktı əvvəllər məhkum olunmuş şəxslər tərəfindən törədilmiş və onlardan 254 kq 730,1 qr müxtəlif növ narkotik vasitə və psixotrop maddə müsadirə edilib.
Təhlil göstərir ki, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə 2024-cü ilin müvafiq dövrü ərzində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən aşkar edilən faktların sayı 55, narkotiklərin qanunsuz satış ilə bağlı faktların sayı 93, narkotik xassəli bitkilərin qanunsuz kultivasiya edilməsi ilə bağlı faktların sayı 6, digər növ cinayət faktların sayı 17, qaçaqmalçılıqla bağlı cinayətlərin sayı 7, qrup halında olan cinayətlərin sayı 8 fakt, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 262 nəfər, qanunsuz dövriyyədən çıxarılmış narkotik vasitələrin çəkisi isə 138 kq 741,97 qr azalıb, narkotiklərin satış məqsədi olmadan qanunsuz əldə dilib saxlanılması ilə əlaqədar faktların sayı isə 61 fakt artıb.
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən bütün növ sərxoşluq hallarının müəyyənləşdirilməsi üçün Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə 13892 nəfər istiqamətləndirilib. Onlardan narkotiklərdən istifadənin təyin edilməsi məqsədilə tibbi müayinədən keçirilmiş 399 nəfərdən 285 nəfəri istifadəçi olması müəyyən olunub və bununla bağlı zəruri tədbirlərin görülməsi təmin edilib.
"802" qaynar xətt telefon zəng xidmətinə 84 vətəndaş müraciəti daxil olub ki, onların 25-i narkotik vasitələrin qanunsuz dövriyyəsi, 27-si narkotik asılılıqdan müalicə, 32-i isə digər məsələlərlə (təkrar müraciət, qanunvericiliyin müddəlarının izah edilməsi, məcburi müalicəyə dair prosedurlar və s.) bağlı olub. Qeyd olunan müraciətlər üzrə müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti orqanlara 52 məktub ünvanlanıb.
Belə ki, 802 qaynar xətt zəng xidməti vasitəsilə narkotik vasitələrin və narkomanlığın yayılmasının qarşısını almaq məqsədilə aidiyyəti təşkilatlarla və vətəndaşlarla operativ qaydada əlaqələndirilmə təmin edilərək, narkotik vasitələrin qanunsuz dövriyyəsinə dair verilən məlumatlar əsasında müvafiq cinayət işləri qaldırılmış və qanunsuz dövriyyədən külli miqdarda narkotik vasitələr götürülüb, narkotik istifadəçiləri könüllü müraciətləri əsasında ixtisaslaşmış tibb müəssisələrində müalicəyə yönləndirilmiş, narkotik asılılıqdan əziyyət çəkən ailələrə psixoloji dəstək və mövcud qanunvericiliyin müddəaları izah edilərək zəruri tövsiyələr verilib.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0