Вид на город Ханкенди, фото из архива - Sputnik Azərbaycan, 1920, 19.09.2023
Qarabağın dirçəlişi və reinteqrasiyası

Prezidentlər Füzuliyə gediblər: Tokayev şəhərin Baş planı ilə tanış olub

© Official website of President of Azerbaijan RepublicFüzuli şəhərinin Baş planı ilə tanışlıq
Füzuli şəhərinin Baş planı ilə tanışlıq
 - Sputnik Azərbaycan, 1920, 12.03.2024
Abunə olmaq
Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
BAKI, 12 mart - Sputnik. Martın 12-də Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Füzuli şəhərinin Baş planı ilə tanış olub.
Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
***
Azərbaycanda dövlət səfərində olan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev martın 12-də Füzuli rayonuna gedib. Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb.
Xatırladaq ki, Qazaxıstan Respublikasının Prezidenti martın 11-də Azərbaycan Respublikasına dövlət səfərinə gəlib.
Tokayev səfərindən öncə Azərbaycan mediasına müsahibə verib. O bildirib ki, 2022-ci ilin avqust ayında Bakıya səfərində Qazaxıstan xalqının Azərbaycana hədiyyəsi olaraq Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin tikiləcəyini elan edib:
"Mənim budəfəki səfər proqramımda həmin Mərkəzin rəsmi açılışı nəzərdə tutulur".
11.03.24, 17:43
Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olacaq
Sabah Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışı olacaq.
Bunu Prezident İlham Əliyev Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şuranın birinci iclasında deyib.
Qazaxıstan Prezidentinə Qarabağın bərpasında göstərilən qardaş köməyinə, məhz qazax xalqının Azərbaycan xalqına hədiyyəsi və Prezident Tokayevin təşəbbüsü olan Füzuli şəhərindəki Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinə görə təşəkkürünü bildirdiyini deyən dövlət başçısı, həmçinin qeyd edib: “Azərbaycanın suverenliyinin bərpası məsələsində həmrəylik sözlərinə görə minnətdarıq. Əlbəttə, zənnimcə, Azərbaycanda hamı bilir ki, Qazaxıstan bizim etibarlı dostumuz və müttəfiqimizdir”.
Qazaxıstan Prezidenti öz növbəsində qeyd edib ki, ümumilikdə, iki ölkə arasında mədəni əlaqələrə də böyük diqqət yetirir. Onun sözlərinə görə, bu, xalqların yaxınlaşması nöqteyi-nəzərindən olduqca vacibdir:
"Sumqayıt şəhərində Axmet Baytursınovun xatirəsinin əbədiləşdirilməsi və onun adına küçənin açılışı, Astanada Heydər Əliyevin adının əbədiləşdirilməsi də ölkələrimiz üçün əlamətdar oldu, təşəkkür edirik. Ötən il Azərbaycanda Mədəniyyət Günləri böyük uğurla keçirildi və Sizin də dediyiniz kimi sabah Füzuli şəhərində Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin açılışını edəcəyik. Bu da qarşılıqlı fəaliyyətimizin və əməkdaşlığımızın rəmzi olacaq".
Xəbər lenti
0