Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan, 1920
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Belarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə toplanıb

© Photo : Azerbaijan Canoe and Rowing FederationBelarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə toplanış keçirlər
Belarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə toplanış keçirlər
 - Sputnik Azərbaycan, 1920, 12.03.2024
Abunə olmaq
Qazaxıstan yığmasında 1 nəfərlik kanoe qayığında 23 yaşa qədər idmançılar arasında dünya çempionu olan Rufina İskakova və yeniyetmələr arasında dünya çempionu Mariya Brovkova kimi gənc ulduzlar Mingəçevirdə məşq edirlər.
BAKI, 12 mart — Sputnik. Belarus və Qazaxıstan avarçəkənləri Mingəçevirdə təlim-məşq toplanışı keçirlər.
Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının məlumatına görə, bir çox yığma qış hazırlığını yenidən "Kür" Olimpiya Tədris-İdman Mərkəzində keçməyə başlayıb.
Qazaxıstan yığmasında 1 nəfərlik kanoe qayığında 23 yaşa qədər idmançılar arasında dünya çempionu olan Rufina İskakova və yeniyetmələr arasında dünya çempionu Mariya Brovkova kimi gənc ulduzlar Mingəçevirdə məşq edirlər.
Belarus yığmasının titullu idmançılarından Anastasiya Lebedeva "Kür"də yaradılan şəraitdən məmnun qaldığını deyib.
Qeyd edək ki, iqlim şəraitinə görə "Kür" Olimpiya Tədris-İdman Mərkəzində su qış aylarında donmur. Bu da soyuq iqlimə malik bir çox xarici ölkə təmsilçilərinin məşqləri Kürdə keçməsinə uyğun şərait yaradır.
Xəbər lenti
0