Вид на Flame Towers в Баку, фото из архива - Sputnik Azərbaycan, 1920
PAYTAXT XƏBƏRLƏRİ
Bakının bütün vacib xəbərləri ilə buradan tanış ola bilərsiniz

Nazirlik: "28 may"dan hər gün 13 müxtəlif marşrut üzrə 1 237 avtobus keçir"

© Sputnik / Murad Orujov28 May metrosunun qarşısı
28 May metrosunun qarşısı - Sputnik Azərbaycan, 1920, 11.03.2024
Abunə olmaq
Bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək.
BAKI, 11 mart — Sputnik. Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) sabahdan Bakının əsas nəqliyyat qovşaqlarından biri olan “28 May” metrostansiyası və Bakı Dəmiryol Vağzalı qarşısında fərdi avtomobillərin hərəkətinin məhdudlaşdırılmasını şərh edib.
Nazirlikdən verilən məlumata görə, bununla bağlı qərarı Nəqliyyatı Əlaqələndirmə Şurası qəbul edib.
Məqsəd qovşaqda nəqliyyat mübadiləsinin və piyada axınının düzgün təşkili üçün ictimai nəqliyyat HUB-nın yaradılması, ərazinin piyadalaşdırılması və təhlükəsiz mühitin formalaşdırılmasıdır.
Qərarın icrasını Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və RİNN yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi birgə həyata keçirəcək.
Bu ərazidə yalnız müntəzəm sərnişindaşıma fəaliyyəti göstərən ictimai nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir. Ərazidəki parklanma yerləri fəaliyyətini dayandırır.
"Bu ərazidən gün ərzində 13 müxtəlif marşrut üzrə 1237 dəfə avtobus keçir. Bakının ən böyük piyada axını olan küçələrindən biri – Puşkin küçəsindən günün pik saatlarında minlərlə insan istifadə edir. Avtomobillərin sıxlığı səbəbindən piyadaların təhlükəsiz hərəkəti müşkülə çevrilir. Şəhər mərkəzinin küçə parklanma yeri kimi istifadəsi səmərəsizdir. Bu nəqliyyat qovşağında piyada keçidləri yalnız yerin altında təşkil edilib. Bu da o deməkdir ki, xeyli sayda insanın keçdiyi ərazidə hərəkət prioriteti məhz avtomobillərə verilib. Nəqliyyatın bir növünün digərinə keçdiyi bu ərazinin piyadalaşdırılması və təhlükəsiz mühitin yaradılması zəruridir.
Həyata keçirilən tədbirlər mövcud nəqliyyat qovşağının təkmilləşdirilməsi, ətraf ərazidə parkların, çoxsaylı ticarət və iaşə obyektlərinin yerləşdiyini nəzərə alaraq piyadaların rahatlığının və təhlükəsizliyinin təmin olunması, eləcə də Bakının polisentrik (çoxmərkəzli) inkişaf etdirilməsi üzrə görülən işlərin tərkib hissəsidir" - deyə açıqlamada qeyd olunub.
***
Sabahdan 28 May metrosunun qarşısına avtomobillərin girişi bağlanacaq
Nəqliyyat Əlaqələndirmə Şurasının qərarına əsasən, sabahdan 28 May metrosunun qarşısına şəxsi avtomobillərin girişi bağlanacaq. Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən ictimai dinləmədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
Nazir müavini bildirib ki, şəxsi avtomobillərin həmin əraziyə daxil olması qadağan ediləcək: "Bu sabah ictimaiyyətə açıqlanacaq".
Bu qərar sərnişin avtobuslarına şamil olunmayacaq.
Xatırladaq ki, bundan əvvəl isə Şura parkın ətrafındakı Rəsul Rza, Xaqani və Qoqol küçələrində avtomobillərin hərəkətinin məhdudlaşdırılması ilə bağlı qərar qəbul edib.
Xəbər lenti
0