CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Afrikadakı mövqeyini itirən Fransa Cənubi Qafqazda təsirini artırmağa çalışır - Lavrina

© Sputnik / Kemale AliyevaAzərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina, arxiv
Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina, arxiv - Sputnik Azərbaycan, 1920, 09.03.2024
Abunə olmaq
Azərbaycanın Rus İcması sədrinin birinci müavini bildirib ki, Fransa Azərbaycanla dostluq əlaqələrinin inkişafı üzərində işləmək istəmir, Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarını pozmağa çalışır.
BAKI, 9 mart - Sputnik. Fransanın Azərbaycana qarşı qərəzli davranmağa qərar verməsinin xüsusi səbəbi Afrikadakı mövqeyini itirməsi ilə əlaqədardır. Bu fikirləri Azərbaycan Dövlət İnformasiya Agentliyinə açıqlamasında Bakıdakı islamofobiya ilə mübarizəyə həsr olunan beynəlxalq konfransın iştirakçısı Azərbaycanın Rus İcması sədrinin birinci müavini Anastasiya Lavrina deyib.
Onun qənaətinə görə, bunun üçün də Fransa Afrikada, Şərqi Avropada, Yaxın Şərqdə və Cənubi Qafqazda təsirini artırmağa çalışır. Ermənistanın haqlı və ya haqsız olmasına baxmayaraq, Fransa yenə də Ermənistanı dəstəkləyir.

"Bu baxımdan da Fransa Ermənistandan istifadə etməyə çalışır" - Lavrina bildirib.

Xarici ölkələrdən bir çox ekspertin Azərbaycana islamofobiya məsələsini müzakirə etmək üçün gəldiyini diqqətə çatdıran A.Lavrina əlavə edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə XXl əsrdə neomüstəmləkəçiliyə qarşı mübarizəni təşviq edib:
"Ona görə də deyə bilərəm ki, bu gün müxtəlif dövlətlərdən olan ekspertlər beynəlxalq ictimaiyyətin arxasınca getməyə çalışırlar. Onlar səy göstərməlidirlər və birlikdə mübarizə aparmalıdırlar ki, hər hansısa bir dəyişiklik olsun. Əks halda bütün icmalar və cəmiyyətlər üçün çox bərbad vəziyyət yaranacaq".
Azərbaycanın Rus İcması sədr müavini düşünür ki, Fransa hökumətinin özü Azərbaycandakı vəziyyətdən xəbərdardır:

"Onlar başa düşürlər ki, biz çox inkişaf etmiş müasir cəmiyyətdəyik, burada müxtəlif etnik qruplar birlikdə asanlıqla, dinc yanaşı yaşaya bilirlər. Düşünürəm ki, Fransada bunu başa düşürlər, amma siyasi səbəblərə və oradakı mövcud hakimiyyətə görə reallıqları qəbul etmək istəmirlər. Onlar Azərbaycanla dostluq əlaqələrinin inkişafı üzərində işləmək istəmirlər”.

A.Lavrina onu da deyib ki, Fransa, sadəcə olaraq, Ermənistanla Azərbaycan arasında aparılan sülh danışıqlarını pozmağa çalışır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0