CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Müdafiə Nazirliyi Türkiyənin “Baykar” şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayıb

© Photo : Social media page of BAYKAR Минобороны Азербайджана и турецкая компания BAYKAR подписали "Соглашение о сотрудничестве по совместным исследованиям, совершенствованию и производству"
 Минобороны Азербайджана и турецкая компания BAYKAR подписали Соглашение о сотрудничестве по совместным исследованиям, совершенствованию и производству - Sputnik Azərbaycan, 1920, 08.03.2024
Abunə olmaq
"Baykar" şirkətinin "X" hesabındakı paylaşımda bildirilib ki, müqavilə hər iki ölkə üçün faydalı olacaq.
BAKI, 8 matr - Sputnik. Azərbaycan Müdafiə Nazirliyi ilə Türkiyənin “Baykar” şirkəti arasında "Birgə Tədqiqat, Təkmilləşdirmə və İstehsalat Üzrə Əməkdaşlıq Müqaviləsi" imzalanıb.
Bu barədə "Baykar" şirkətinin "X" hesabında paylaşım edilib.
Bildirilib ki, müqavilə hər iki ölkə üçün faydalı olacaq.
Azərbaycanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2022-ci ilin dekabrında "Bayraktar Teknoloji Azərbaycan" MMC-ni dövlət qeydiyyatına alıb.
Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, nizamnamə kapitalı 1,7 milyon manat, qanuni təmsilçisi isə Türkiyənin “Baykar Makina” şirkətinin sahə koordinatoru Hüseyn Topuzdur.

Xatırladaq ki, “Baykar Makina” "Bayraktar" pilotsuz uçuş aparatlarının (PUA) istehsalı ilə məşğuldur. Azərbaycan ordusunun 2020-ci ildəki Vətən Müharibəsində geniş tətbiq etdiyi bu PUA-ların yaradıcısı Selçuk Bayraktardır. O, həm də “Baykar Savunma” şirkətinin texniki direktorudur.
Baykar Makina 1984-cü ildə əsası Özdemir Bayraktar tərəfindən qoyulmuş Türkiyə təyyarə düzəltmə şirkətidir.
Əsası qoyulduqdan sonra ilk illərdə şirkət mühərriklər, nasoslar və avtomobil ötürücüləri üçün hissələrin istehsalı ilə məşğul olub.
Baykar Makina 1986-cı ildə Özdemir Bayraktar tərəfindən yerliləşdirməyə tabe olan həssas mühərrik, nasos və sürət qutusu hissələrinin istehsalı yolu ilə avtomobil sənayesinə xidmət etməyə başlayıb.
2000-ci ildən başlayaraq Baykar Makina təyyarə istehsalı sahəsində, xüsusən də pilotsuz uçuş aparatlarının (PUA) tədqiqi və istehsalı sahəsində fəaliyyət göstərməyə başlayıb.
Özdemir Bayraktarın oğulları - Haluk, Səlçuk və Axmet ​​Bayraktar bu işlərdə fəal iştirak edirlər.
Şirkətin tədqiqat və elmi inkişaf qrupu 800 nəfərdən ibarətdir. Bunların arasına mühəndislər və texniki işçilər daxildir.
Xəbər lenti
0