ELM

2024-cü ilin fevralı meteoroloji müşahidələr tarixində dünyanın ən isti ayı olub

© AFP 2023 / NATALIA KOLESNIKOVABakıya mənzərə
Bakıya mənzərə - Sputnik Azərbaycan, 1920, 08.03.2024
Abunə olmaq
Avropada havanın temperaturu orta hesabla normadan üç dərəcə yüksək olub, iqlim anomaliyaları Sibir, Şimali Amerika, Cənubi Amerika, Afrika və Qərbi Avstraliyada da qeydə alınıb.
BAKI, 8 mart — Sputnik. Ötən fevral, meteoroloji müşahidələr tarixində dünyanın ən isti ayı olub.
Rusiyanın “NSN” xəbər agentliyi bu barədə “Copernicus” monitorinq xidmətinə istinadən xəbər verib.
Mütəxəssislər peyklərdən, hava stansiyalarından, gəmilərdən və təyyarələrdən bütün dünya üzrə əldə edilən məlumatlar əsasında bu nəticəyə gəliblər. Belə ki, planetdə havanın orta temperaturu 13,54 dərəcə təşkil edib ki, bu da 1991-2020-ci illərdəki orta göstəricilərdən 0,81 dərəcə yüksəkdir. Bundan əlavə, 2024-cü ilin fevralı əvvəllər qeyd olunan rekorddan - 2016-cı ilin fevralından 0,12 dərəcə isti olub.
Qeyd olunub ki, Avropada havanın temperaturu orta hesabla normadan üç dərəcə yüksək olub. İqlim anomaliyaları Sibir, Şimali Amerika, Cənubi Amerika, Afrika və Qərbi Avstraliyada da qeydə alınıb.
Bundan əvvəl Rusiya Hidrometeorologiya Mərkəzinin elmi rəhbəri Roman Vilfand əsl baharın nə vaxt gələcəyi ilə bağlı açıqlama verib.
Xəbər lenti
0