Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Putin BRİKS-i "dünyanın bir çox ölkəsini özünə cəlb edən maqnit" adlandırdı

© Sputnik / Григорий Сысоев / Mediabanka keçidBRİKS
BRİKS  - Sputnik Azərbaycan, 1920, 07.03.2024
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putin BRİKS-in necə yarandığını xatırladıb.
BAKI, 7 mart — Sputnik. BRİKS təşkilatı son illərdə digər dövlətlər üçün cəlbedici bir maqnitə çevrilib.
Bu sözləri Rusiya Prezidenti Vladimir Putin Ümumdünya Gənclər Festivalının iştirakçıları ilə söhbətində deyib.
Onun sözlərinə görə, assosiasiya ciddi və güclü bir təşkilata çevrilib. Bunu digər ölkələrin də birliyə qoşulmaq istəyində görmək olar.
"Dünyanın bir çox ölkəsini özünə cəlb edən maqnit. Həqiqətən də bu ölkələr inkişaf yollarında sürət qazanırlar" - Rusiya lideri bildirib.
Vladimir Putin BRİKS-in məhz necə yarandığını xatırladıb. Əvvəlcə, beynəlxalq tədbirlərin birində RİK-in - Rusiya, Hindistan, Çin assosiasiyasının yaradılması qərara alınıb. Daha sonra ora Braziliya qoşuldu və BRİK belə yarandı. Və nəhayət, Cənubi Afrika təşkilata qoşuldu və BRİKS yarandı.
Daha əvvəl bildirilmişdi ki, 2024-cü ildə birlik yeni üzvlərin daxil olması ilə genişlənəcək. Belə ki, yaxın gələcəkdə Venesuela BRİKS-in üzvü olacaq.
Xəbər lenti
0