Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Sirius festivalında gənc sahibkarların beynəlxalq birliyi yaradılıb

© Sputnik / Павел БедняковSirius festivalı
Sirius festivalı - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Abunə olmaq
Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə martın 1-dən 7-dək Sirius federal ərazisində Dünya Gənclər Festivalı keçirilir.
BAKI, 6 mart — Sputnik. Ümumdünya Gənclər Festivalında Gənc Sahibkarların Beynəlxalq birliyinin yaradılması haqqında bəyannamə imzalanıb. Festivalın mətbuat xidmətindən bu barədə məlumat verilib.
"Ümumdünya Gənclər Festivalı Gənc Sahibkarların Beynəlxalq birliyinin yaradılması üçün əla platformaya çevrilib... Birlik Dünya Gənclər Festivalının irsi olacaq. Gələcəkdə isə bilik, təcrübə və resurs mübadiləsi mərkəzi olaraq xüsusi yaradılmış platformada iştirakçılara öz bizneslərini inkişaf etdirməyə, hər bir dövlətin biznes mühitini öyrənməyə, sahibkarlara yeni bazarlara çıxmağa, əlaqə şəbəkələrini genişləndirməyə və sahibkarlıq fəaliyyətlərində yeni zirvələrə çatdırmağa kömək edəcək" - Gənclərlə İş üzrə Federal Agentliyin ("Rosmolodyoj") rəhbərinin müşaviri Oleq Makarovun sözlərini sitat gətirib.
© Sputnik / Евгений Биятов Ümumdünya Gənclər Festivalı
 Участники Хоровода Дружбы на всемирном фестивале молодежи на федеральной территории Сириус - Sputnik Azərbaycan, 1920, 06.03.2024
Ümumdünya Gənclər Festivalı
İmzalanma mərasimində 36 ölkədən biznes nümayəndələrinin iştirak etdiyi qeyd olunub.

"Birlikdə qeydiyyat üçün meyarlara 18 yaşdan 35 yaşa qədər yaş həddi, rəsmi qeydiyyatdan keçmiş biznesin olması, yüksək etimad reytinqi, beynəlxalq biznes ictimaiyyətinə inteqrasiya arzusu və davamlı inkişaf prinsiplərinə sadiqlik daxildir" - təşkilatçılar əlavə ediblər.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putinin fərmanı ilə martın 1-dən 7-dək Sirius federal ərazisində Dünya Gənclər Festivalı keçirilir. Festivalın təşkilatçısı "Rosmolodyoj"dur.
"RİA Novosti" 2024-cü il Dünya Gənclər Festivalının baş informasiya tərəfdaşıdır.
Digər maraqlı xəbərləri həmçinin Sputnik Azərbaycan-ın Teleqram kanalından izləyin.
Xəbər lenti
0