Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan, 1920
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Zaxarova MAQATE rəhbərinin Rusiyada bir neçə görüş keçirəcəyini təsdiqləyib

© Sputnik / Максим Богодвид / Mediabanka keçidZaxarova
Zaxarova  - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Abunə olmaq
Qrossi martın 6-da Zaporojye AES ilə bağlı Rusiya nümayəndə heyəti ilə məsləhətləşmələr aparmağı planlaşdırır.
BAKI, 5 mart — Sputnik. MAQATE-nin baş direktoru Rafael Qrossi Rusiyaya səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Həqiqətən də, MAQATE-nin baş direktoru Rafael Qrossi Agentliklə gələcək qarşılıqlı fəaliyyətimizi müzakirə etmək üçün yaxın gələcəkdə Rusiyaya səfər etmək niyyətindədir. Səfər zamanı bir sıra yüksək səviyyəli görüşlər keçiriləcək" - Zaxarova departamentin saytında bildirib.
Diplomat dəqiqləşdirib ki, agentlik rəhbərliyi ilə Zaporojye AES-in təhlükəsizliyi ilə bağlı dialoqun davam etdirilməsi üçün əlavə işçi məsləhətləşmələr təşkil olunacaq.
Əvvəllər bildirilib ki, Qrossi martın 6-da Zaporojye AES ilə bağlı Rusiya nümayəndə heyəti ilə məsləhətləşmələr aparmağı planlaşdırır. MAQATE-nin baş direktoru özü də Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüşü gözlədiyini bildirib.
Xəbər lenti
0