CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Himayədar ailələr üçün müavinət təyinatı elektronlaşdırılıb

© AP Photo / Charlie Riedeluşaq
uşaq - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Abunə olmaq
Himayədar ailəyə müavinətin alınması üçün plastik kart sifarişi də avtomatlaşdırılmış şəkildə aparılır və müvafiq banka yönləndirilir.
BAKI, 5 mart — Sputnik. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən daha bir sosial ödəniş növünün - himayədar ailələrə verilmiş uşağın tərbiyə edilməsinə görə nəzərdə tutulan aylıq müavinətlərin təyinatı da elektronlaşdırılıb.
Nazirlikdən Sputnik Azərbaycan-a verilən xəbərə görə, bu müavinətlə yanaşı, himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün hər rübdə bir dəfə verilən birdəfəlik müavinətlərin təyinatı da avtomatlaşdırılıb. Müavinət təyin olunduqdan sonra bu barədə məlumat SMS vasitəsilə himayədar valideynin mobil nömrəsinə göndərilir, habelə e-sosial portalındakı şəxsi kabinetinə yerləşdirilir. Ona müavinətini alması üçün plastik kart sifarişi də avtomatlaşdırılmış şəkildə aparılır və müvafiq banka yönləndirilir. Beləliklə, təyinatı proaktiv mexanizm üzərindən aparılan digər sosial ödənişlər kimi, bu müavinəti almaq üçün də hər hansı quruma müraciət etməyə və sənəd təqdim olunmasına ehtiyac qalmır.
Ümumilikdə 2019-cu ilin əvvəlindən Nazirlik tərəfindən 56 proaktiv xidmət yaradılaraq istifadəyə verilib. Bu gün qurumun 159 xidmətindən artıq 147-si və ya 90 faizdən çoxu rəqəmsal platformada təqdim edilir.
Xatırladaq ki, himayədar ailələrə hər uşağa görə (6 yaşadək uşağa görə 355 manat, 7-13 yaş arası uşağa görə 375 manat, 14-18 yaş arası uşağa görə 395 manat, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş 6 yaşadək uşağa görə 395 manat, 7-13 yaş arası uşağa görə 415 manat, 14-18 yaş arası uşağa görə 435 manat) aylıq müavinət təyin edilir. Himayədar götürülmüş uşağa mövsümi geyim alınması üçün isə ailəyə hər rübdə 200 manat birdəfəlik müavinət təyin edilir.
21.12.23
Himayədar ailəyə uşağa görə müavinətin verilməsi qaydası müəyyənləşib
Nazirlər Kabineti "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin və məlumatların rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları"nda dəyişiklik edib.
Himayədar valideyn olmaq istəyən şəxslə (şəxslərlə) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilənin imzalandığı gündən ən geci 5 (beş) iş günü müddətində himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinət, habelə himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün ildə 4 dəfə (mart, iyun, sentyabr və dekabr aylarında) olmaqla, birdəfəlik müavinət təyin edilir.
Təyin edilmiş müavinətlər bu Qaydaların 5.4-cü bəndinə uyğun olaraq ödənilir.
Himayədar ailəyə verilmiş 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinətə aid işlər Dövlət Sosial Müdafiə Fondunun yerli qurumlarında 20 il müddətində saxlanılacaq.
Qeyd edək ki, 5.4-sü bəndə əsasən, mühasibat uçotu sektorunun məsləhətçisi tərəfindən müavinət işi üzrə şəxsi hesab (4 nömrəli əlavə) açılır, bank və ya poçt müəssisəsinə müavinət, təqaüd və kompensasiya ödəmək üçün tapşırıq vərəqələri (5 nömrəli əlavə) hazırlanır və Qurumun direktoru tərəfindən təsdiq edildikdən sonra bank və ya poçt müəssisəsinə göndərilir. Ödəniş plastik kartlarla bankomatlar vasitəsilə həyata keçirildikdə isə bank müəssisəsinə plastik kartın hazırlanması üçün sifariş verilir.
Xəbər lenti
0