SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İşğal altında olan 8 kəndimizi də torpaqlarımıza birləşdirməliyik - Fəzail Ağamalı

© Photo : APAFəzail Ağamalı, Ana Vətən Partiyasının sədri
Fəzail Ağamalı, Ana Vətən Partiyasının sədri - Sputnik Azərbaycan, 1920, 05.03.2024
Abunə olmaq
Deputat bildirib ki, Ermənistan Fransa və Yunanıstanla alyans yaradaraq onlardan silahlanmaq üçün istifadə etməyə çalışır. Ermənistan hakimiyyətdə olanlardan başlayaraq sadə vətəndaşa qədər revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşmaqdadır.
BAKI, 5 mart - Sputnik. "İşğal altında olan 8 kəndimizi də torpaqlarımıza birləşdirməliyik".
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.
Deputat bildirib ki, Ermənistan Fransa və Yunanıstanla alyans yaradaraq onlardan silahlanmaq üçün istifadə etməyə çalışır:
“Ermənistan hakimiyyətdə olanlardan başlayaraq sadə vətəndaşa qədər revanşist düşüncələrlə Azərbaycana qarşı müharibəyə hazırlaşmaqdadır. Azərbaycan müstəqilliyi, suverenliyi uğrunda mübarizə aparır. Biz sona qədər gedəcəyik. Heç bir qüvvənin qarşısında təslim olmayacağıq. Nə qədər Ermənistan güclü şəkildə silahlanmayıb, biz hərbi əməliyyat aparıb işğal altında olan 8 kəndimizi də torpaqlarımıza birləşdirməliyik. Düşüncələrimə görə hadisələrin gedişi heç də xoşa gələn deyil. Cənublu soydaşlarımıza müraciət edərək deyirəm ki, Vətən müharibəsində olduğu kimi müxtəlif ölkələrdən İran vasitəsilə Ermənistana aparılan silahların qarşısını almaq üçün iradələrini ortaya qoysunlar. Azərbaycanın apardığı siyasət sülhpərvər, bəşəri dəyərlərə söykənən siyasətdir”.
Xəbər lenti
0